Cümə, Avqust 7, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Azəriqaz” sayğaclarla bağlı 339 müraciəti araşdırıb

30/01/2021
“Azəriqaz” sayğaclarla bağlı 339 müraciəti araşdırıb
7
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi qaz sayğaclarının əvəzlənməsindən sonra bir qisim mexaniki-elektron sayğac istifadəçisinin sərfiyyatın çox qeydə alınması barədə müraciətlərini araşdırıb

“Report” bu barədə quruma istinadən xəbər verir.

“104 Çağrı Mərkəzi”ndən verilən məlumata görə, müxtəlif internet resurslarında paylaşılan bu kimi iddialar təsdiqini tapmayıb. “104 Operativ Xidmət” şöbəsinin rəisi Xalidə Şimşək bildirib ki, yanvar ayı ərzində “sayğacım sərfiyyatı çox qeydə alır” iddiası ilə ünvanlanan 339 müraciət ətraflı araşdırılıb. Məlum olub ki, 256 abonent ödəniş hesabatlarını düzgün aparmayıb. Əvvəlki aylardan qalan debitor borclarını ödəmədikləri üçün onlara təqdim olunan bildirişdəki böyük məbləğləri yanlış başa düşüblər. Başqa qrup abonent 2020-ci il üçün nəzərdə tutulan hər kubmetri 10 qəpikdən hesablanan 2 200 kubmetrlik aşağı tarifli limit həddini keçdiyindən onların ödənişləri hər kubmetrə görə 20 qəpikdən hesablanıb. Bu zaman artan rəqəmlər sayğacın sərfiyyatı çox qeydə alması kimi başa düşülüb. Digər abonentlər isə yaşadıqları fərdi yaşayış evində sayğacdan sonra qaz sızmasından xəbərsiz olub.

X.Şimşək onu da vurğulayıb ki, belə bir durumda istifadəsində olan əvvəlcədən ödənişli sayğaclarını mexaniki-elektron sayğacla əvəz etmək istəyənlər də çoxluq təşkil edib. Bu barədə 400-ə yaxın müraciət daxil olub. Onlar mexaniki-elektron sayğacın istifadəsinin daha rahat olmasını əsas gətirərək bu ölçü qurğularına üstünlük veriblər.

Mexaniki-elektron sayğacın sərfiyyatı düzgün qeydə almaması ilə bağlı şikayəti olanlar hər həftənin 2 və 4-cü günləri saat 14:00-dan 17:00-a qədər “Azəriqaz”ın Metrologiya Departamentində (Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küç. 72) təşkil olunan “Açıq qapı” saatlarına qatıla bilərlər. Bu həftə keçirilən “Açıq qapı” günlərində edilən müraciətlər yoxlamadan sonra təsdiqini tapmayıb. Gələn həftədən yeni gətirilən Almaniyanın “Zenner” şirkətinin əvvəlcədən ödənişli sayğaclarının istismara verilməsinə başlanılacaq. İddiaları əsassız olsa belə, istifadəsindəki mexaniki-elektron sayğaclardan narazılıq edən bir qisim abonentin də, məmnuniyyəti üçün onlara yeni əvvəlcədən ödənişli sayğaclar təqdim olunacaq.

Xatırladaq ki, həm əvvəlcədən ödənişli, həm də mexaniki-elektron sayğaclar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi tələblərə görə 5 ildən bir dövlət yoxlanışı üçün açılaraq götürülür və yeniləri ilə əvəzlənir.

Tags: AzəriqazsayğacSOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.