Bazar ertəsi, Mart 16, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR rəsmisi: “Naxçıvanın enerji təhlükəsizliyi gücləndiriləcək”

16/12/2020
SOCAR rəsmisi: “Naxçıvanın enerji təhlükəsizliyi gücləndiriləcək”
4
BAXIŞ
Share on FacebookShare on Twitter

“Son bir ildə və onilliklərdə Azərbaycan da Türkiyə iqtisadiyyatı üçün böyük töhfələr verib. Hazırda Azərbaycan SOCAR-ın timsalında Türkiyənin ən böyük xarici investorudur”

Bunu “Report”a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

İbrahim Əhmədov

Onun sözlərinə görə, SOCAR bu ölkədə onminlərlə iş yeri yaradıb

SOCAR rəsmisi xatırladıb ki, dünən Azərbaycan və Türkiyənin enegetika nazirləri Naxçıvana yeni qaz boru kəmərinin çəkilməsi ilə bağlı Anlaşma Memorandumu imzalayıblar:

O qeyd edib ki, indiyədək Naxçıvanın qaz tələbatı əsasən iran vasitəsilə təmin olunurdu:

“əni Azərbaycan İrana müəyyən həcmlərdə qaz verirdi. Bunun müqabilində isə İran müəyyən qədər qazı Naxçıvana ötürürdü. Nəticədə Naxçıvanın illik 300-400 milyon kubmetr civarında qaza olan tələbatı təmin olunurdu

SOCAR rəsmisi iki ölkə [Azərbaycan və Türkiyə] arasında yeni imzalanan sazişdən Azərbaycan üçün əsas faydanın Naxçıvanın qaz təchizatının şaxələndirilməsində görür. O bildirib ki, bunun üçün də bu mövzu çoxdan gündəmdə idi: “Təxminən 10 il əvvəl belə bir sənəd imzalanmışdı və belə bir layihənin həyata keçirilməsi nəzərdə tutulurdu. Düzdür, indiyə qədər Naxçıvan üçün qaz təchizatı ilə bağlı hər hansı bir problem yaranmamışdı. Naxçıvana İran üzərindən mütəmadi qaz ötürülürdü. Ancaq sırf bir vasitəçidən və yaxud bir mənbəyə bağlı olmaq heç bir tərəf üçün məqbul olan davamlı bir vəziyyət deyil. Hər bir ölkə istəyər ki, öz regionlarının və əsas hissəsinin qaz təchizatını şaxələndirsin və bir tərəfdən asılı vəziyyətdə olmasın. İki-üç tərəf olanda onlar arasında müəyyən seçimlər etmək olar. Hər hansı birtərəfli problem və ya texniki qəza yaranarsa, Naxçıvana qaz axını dayanmayacaq. Bununla da Naxçıvanın enerji təhlükəsizliyi gücləndiriləcək. Bu baxımdan bu sazişin imzalanmasının Azərbaycan üçün böyük faydası var”.

Sonda İ. Əhmədov vurğulayıb ki, Türkiyə tərəfi artıq bu boru kəmərinin tikintisinə başlamaqda qərarlıdır: “Bizim tərəfimizdən də hazırda hər hansı maliyyə iştirakı ilə bağlı bir qərar yoxdur”.

Xatırladaq ki, dünən Ankarada Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan tərəfindən energetika naziri Pərviz Şahbazov, Türkiyə tərəfdən isə energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıb.

Qeyd edək ki, Anlaşma Memorandumuna əsasən, bu sənəd Naxçıvanın təbii qazla təminatı üçün strateji əhəmiyyət daşıyır. Hər iki ölkənin şirkətlərinin – SOCAR və BOTAŞ-ın təbii qazın tədarükü ilə bağlı texniki, ticari, inzibati, hüquqi və digər məsələlərdə əməkdaşlığına təminat verir. Türkiyədən Naxçıvana qaz tədarükü qaz təchizatını şaxələndirəcək və enerji təminatının etibarlılığını artıracaq. Naxçıvan həm İrandan, həm də Türkiyədən dəstək almaqla artan enerji tələbatını tam təmin edə biləcək.

İğdır-Naxçıvan qaz kəməri 500 min nəfər əhalisi və illik 500 milyon kubmetr təbii qaz tələbatı ilə Naxçıvana qaz nəql ediləcək. Boru kəmərinin İğdırdan Naxçıvana – Sədərək rayonuna qədər olan hissəsi 85 kilometr təşkil edəcək. Bu boru kəməri ilə illik 500 milyon, gündəlik olaraq isə 1,5 milyon kubmetr qaz nəql etmək həcminə malik olacaq ki, bununla da Naxçıvanın qaz tələbatı tamamilə ödəniləcək.

Tags: NaxçıvanqazSOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.