Şənbə, Mart 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“SOCAR Petroleum” elektrik nəqliyyat infrastrukturunu inkişaf etdirəcək

21/12/2020
“SOCAR Petroleum” elektrik nəqliyyat infrastrukturunu inkişaf etdirəcək
1
BAXIŞ
Share on FacebookShare on Twitter

Ölkədə neft və neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan “SOCAR Petroleum” QSC, ekoloji cəhətdən təmiz texnologiyaların və həllərin inkişafı və təşviqi sahəsində ixtisaslaşan Sinqapurun CZAR şirkəti ilə Azərbaycanda elektrikli nəqliyyat vasitələri üçün infrastrukturun inkişafında əməkdaşlıq haqqında müqavilə imzaladılar

Bunu “Report”a “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.

Onun sözlərinə görə, bu müqavilə 2021-ci ilin birinci yarısı ərzində bütün SOCAR yanacaqdoldurma məntəqələrində elektrikli nəqliyyat vasitələri üçün şarj avadanlıqlarının quraşdırılmasını əhatə edəcək: “Həmçinin “SOCAR Petroleum” QSC və CZAR şirkəti arasındakı əməkdaşlıq çərçivəsində xüsusi seçilmiş SOCAR yanacaqdoldurma məntəqələrində elektrikli nəqliyyat vasitələri üçün servis mərkəzləri yaradılacaqdır. Beləliklə, bu müqavilənin həyata keçirilməsi nəticəsində SOCAR brendli bütün yanacaqdoldurma məntəqələrini elektrikli nəqliyyat vasitələri də daxil olmaqla bütün növ nəqliyyat vasitələri istifadəçilərinin ehtiyaclarını ödəməyə hazır olan multi-yanacaqlı yanacaqdoldurma məntəqələri şəbəkəsinə çevirmək istiqamətində atılacaq daha bir vacib addımdır”.

Ü. Həbibbəyli bildirib ki, elektrikli nəqliyyat infrastrukturunun inkişafı sahəsində yaranan əməkdaşlıq, elektrikli nəqliyyat vasitələrinə olan tələbatı artıracaq müvafiq bir istismar mühiti yaratmağı hədəfləyir: “Bu baxımdan “SOCAR Petroleum” QSC və CZAR şirkəti bu müqavilənin həyata keçirilməsini Azərbaycanda elektrik nəqliyyat bazarını inkişaf etdirən və böyük sosial əhəmiyyətə və iqtisadi perspektivlərə malik bir layihə kimi qiymətləndirir. İnkişaf etmiş bu kimi infrastruktur, elektrikli nəqliyyatın istifadəsi, fərdi və korporativ istifadəçilərin əməliyyat xərclərini əhəmiyyətli dərəcədə azaldacaqdır. Bu layihənin ekoloji komponentini xüsusilə vurğulamaq vacibdir. Çünki elektrikli nəqliyyat vasitələri daxili yanma mühərrikli avtomobillərdən fərqli olaraq zəhərli istixana qazları buraxmırlar ki, bu da atmosferə atılan zərərli tullantıların azaldılmasına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına töhfə verəcəkdir”.

O bildirib ki, “SOCAR Petroleum” QSC 36 yanacaqdoldurma məntəqəsi və 11 neft terminalından ibarət avtomobil yanacağı və neft məhsullarının satışı şəbəkəsinə sahibdir: “CNG-nin mühərrik yanacağı kimi tətbiq olunmasında lider olan “SOCAR Petroleum” QSC-nin bu tip yanacağın istehsalı və satışı üçün terminalı fəaliyyət göstərir. “SOCAR Petroleum” QSC-nin fəaliyyətinin prioritet istiqamətləri təhlükəsizlik, yanacaq satışının dəqiqliyi və xidmət rahatlığına xüsusi diqqət yetirərək müştərilərin istək və ehtiyaclarını təmin etməkdir. CZAR International PTE LTD, nəqliyyat sektorunda və kənd təsərrüfatında ekoloji cəhətdən təmiz texnologiyaların və həllərin inkişafı, tətbiqi və təşviqi ilə məşğul olan Sinqapur mərkəzli bir şirkətdir. Şirkət rəhbərliyi bu seqmenti iqtisadi və ekoloji baxımdan son dərəcə perspektivli hesab edərək, Azərbaycanda elektrikli nəqliyyat vasitələrinin tətbiqinə yönəlib”.

Tags: infrastrukturSOCAR Petroleum

Eyni kateqoriyadan Digər materiallar

Aydın Kərimov: “SOCAR Petroleum” Şuşada daimi əsaslı YDM-nin tikintisinə başlayıb”
Azərbaycan

Aydın Kərimov: “SOCAR Petroleum” Şuşada daimi əsaslı YDM-nin tikintisinə başlayıb”

28/06/2024
SOCAR Azərbaycandakı yanacaqdoldurma məntəqələrinin sayını 60-a çatdırıb
Azərbaycan

SOCAR-ın nə qədər yanacaqdoldurma məntəqəsi var?

10/06/2024
SOCAR Azərbaycandakı yanacaqdoldurma məntəqələrinin sayını 60-a çatdırıb
Azərbaycan

SOCAR Azərbaycandakı yanacaqdoldurma məntəqələrinin sayını 60-a çatdırıb

11/03/2024
Füzulidə SOCAR-ın yeni yanacaqdoldurma stansiyası istifadəyə verilib
Azərbaycan

Füzulidə SOCAR-ın yeni yanacaqdoldurma stansiyası istifadəyə verilib

23/01/2024
SOCAR “See Breeze”də modul tipli YDM istifadəyə verdi
Azərbaycan

SOCAR “See Breeze”də modul tipli YDM istifadəyə verdi

10/05/2023
SOCAR Sumqayıtda yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verib
Azərbaycan

SOCAR Sumqayıtda yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verib

05/12/2022
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.