Bazar, Fevral 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Nobel Oil Services” ABŞ bazarına daxil olub

08/12/2020
“Nobel Oil Services” ABŞ bazarına daxil olub

{"subsource":"done_button","uid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1607407536118","source":"other","origin":"gallery","source_sid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1607407536128"}

0
BAXIŞ
Share on FacebookShare on Twitter

Qazandığı zəngin təcrübəsini bölüşmək və amerikalı müştərilərə geniş spektrli xidmətlər təklif etmək üçün “Nobel Oil Services” ABŞ bazarına daxil olub

“Report” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, neft və qaz sənayesinə şaxələndirilmiş kompleks xidmətlər göstərən şirkətlər qrupu olaraq “Nobel Oil Services” yeni bazarların daha da inkişaf etdirilməsi, fəth edilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində daima iş aparır. Ötən illər ərzində qrup “KCA Deutag” və “Wood Group” daxil olmaqla dünyanın bir neçə enerji xidməti nəhəngləri ilə Xəzəryanı bölgədə fəaliyyət göstərən bir neçə müştərək müəssisə vasitəsilə güclü tərəfdaşlıq formalaşdırdı.

İnkişaf strategiyasının bir hissəsi olaraq “Nobel Oil Services” bu yaxınlarda ABŞ-ın “GOES” şirkəti ilə əməkdaşlığa dair razılığa gəldi.

“Nobel Oil Services” azərbaycan təcrübəsini ABŞ-a ixrac edəcək ki, bu da qrupumuz üçün mühüm inkişaf mərhələsi və həqiqətən tarixi bir andır” – “Nobel Oil Services” və “NEQSOL Holding”in təsisçisi Nəsib Həsənov bildirdi.

“GOES ilə əməkdaşlıq həyata keçirdiyimiz fəaliyyətləri şaxələndirmək və həm ABŞ bazarına, həm də ABŞ bazarının hüdudlarından kənara yüksək keyfiyyətli xidmətlər təqdim etmək üçün gələcəyə strateji baxışımızın bir hissəsidir” – “Nobel Oil Services” şirkətinin baş icraçı direktoru Vüqar Səmədli qeyd edib.

Yeni tərəfdaşlıq artıq həm ABŞ-da quruda həm də Meksika körfəzində dəniz şəraitində fəaliyyət göstərən müştərilərə tullantıların təmizlənməsi xidmətlərini təklif edir. GOES/Nobel Oil “Exxon”, “Shell”, “Chevron” və “Occidental” daxil olmaqla lakin onlarla məhdudlaşmamaqla ABŞ-ın bütün iri şirkətləri ilə xidmətlərin göstərilməsi haqqında ana sazişlərdən faydalanmaq əzmindədir. Xüsusi olaraq xidmətlər bir pəncərə sistemi vasitəsilə avadanlıq, obyekt və qurğulara texniki xidmətləri, EPC və EPCM üzrə layihə idarəetmə xidmətləri və təchizat zənciri idarəetməsini əhatə edəcəkdir. Yeni tərəfdaşlıq neft-qaz sənayesində fəaliyyət göstərən daha çox müştəriyə xidmət göstərməklə Şimali və Cənubi Amerika boyunca ABŞ-da “Nobel Oil Services”in iştirakını genişləndirməyi hədəfləyir. Bundan əlavə, tərəfdaşlıq azərbaycanlı mütəxəssislərin xaricə ezam olunub çalışmalarına da imkan verəcək.

“Nobel Oil Services” neft və qaz sənayesində ixtisaslaşmış çoxşaxəli şirkətlər qrupudur. Qrup qazma, tikinti və layihə idarəetmə xidmətləri, avadanlıqlara texniki xidmət, satınalma (təchizat) və layların neftverimliliyinin artırılması xidmətlərini göstərir. “Nobel Oil Services” “NEQSOL Holding”in bir hissəsidir.

Tags: ABŞNobel Oil Services

Eyni kateqoriyadan Digər materiallar

ABŞ: Xəzər interkonnektorunun tamamlanması Vaşinqtonun maraqlarına uyğundur
Maraqlı Xəbərlər

ABŞ: Xəzər interkonnektorunun tamamlanması Vaşinqtonun maraqlarına uyğundur

21/05/2025
Azərbaycanın Energetika naziri “Atlantik Şura”nın təşkil etdiyi müzakirələrə qatılıb
Azərbaycan

Azərbaycanın Energetika naziri “Atlantik Şura”nın təşkil etdiyi müzakirələrə qatılıb

20/02/2024
Azərbaycan və ABŞ “yaşıl enerji” üzrə əməkdaşlıq edə bilər
Azərbaycan

Azərbaycan və ABŞ “yaşıl enerji” üzrə əməkdaşlıq edə bilər

14/04/2023
ABŞ Azərbaycanın bu il neft hasilatı üzrə proqnozunu endirib
Azərbaycan

ABŞ Azərbaycanın bu il neft hasilatı üzrə proqnozunu endirib

08/06/2022
Production of ‘green hydrogen’ launched in Dubai
Azərbaycan

Azərbaycan və ABŞ hidrogen istehsalı imkanlarını müzakirə edib

10/02/2022
ABŞ strateji ehtiyatından 7 şirkətə 13,4 mln barel neft verəcək
Maraqlı Xəbərlər

ABŞ strateji ehtiyatından 7 şirkətə 13,4 mln barel neft verəcək

26/01/2022
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.