Şənbə, Mart 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

İlin son günündə Azərbaycan Bolqarıstana təbii qaz göndərəcək

22/12/2020
İlin son günündə Azərbaycan Bolqarıstana təbii qaz göndərəcək

{"source_sid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1608646429126","subsource":"done_button","uid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1608646429092","source":"other","origin":"gallery"}

3
BAXIŞ
Share on FacebookShare on Twitter

Bu ilin dekabrın 31-də Azərbaycanın təbii qazı Bolqarıstana çatdırılacaq

“Report”un Bolqarıstan mətbuatına istinadən verdiyi məlumata görə, Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından hasil edilən 1 mlrd kubmetr təbii qaz hər il bu ölkəyə nəql ediləcək.

Qeyd edək ki, təbii qaz Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Bolqarıstanın “Bulgargas” şirkəti arasında imzalanan müqaviləyə əsasən nəql ediləcək.

Bolqarıstanın baş naziri Boyko Borisov 2021-ci ilin yanvarın 1-dən Azərbaycan təbii qazının Bolqarıstana çatıdırlmasından razılığını bildirib.

Ölkənin energetika naziri Temenuşka Petkova isə bildirib ki, Azərbaycan və Bolqarıstan arasında imzalanan sazişi və Azərbaycanın bu sazişə sadiq olmasını yüksək qiymətləndirib.

Onun sözlərinə görə, gələn il oktyabr ayının əvvəlinə qədər Bolqarıstan təbii qazı müvəqqəti mümkün olan bir çatdırılma məntəqəsi – Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) Yunanıstan qaz ötürmə sistemi ilə əlaqə nöqtəsi olan “Kulata” vasitəsilə alacaq: “Eyni zamanda Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) inşasına davam edirik. TAP ilə IGB arasındakı birləşmə nöqtəsi olan “Komotini” – keçid dövründən sonra, yəni bir neçə aydan sonra Azərbaycan qazının tədarük nöqtəsinə çevriləcək. Birləşdirici xəttin inşasının gecikməsi COVID-19 pandemiyası ilə bağlıdır”.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. Trans-Adriatik Boru Kəmərinə (TAP) qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

Tags: AzərbaycanBolqarıstanqaz

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək
Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb
Azərbaycan

Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb

10/03/2025
Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib
Azərbaycan

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib

08/07/2024
Bolqarıstan Azərbaycandan Avropaya “yaşıl enerji” təchizatı üzrə birgə müəssisəyə qoşulacaq
Yaşıl enerji

Bolqarıstan Azərbaycandan Avropaya “yaşıl enerji” təchizatı üzrə birgə müəssisəyə qoşulacaq

27/06/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.