Şənbə, İyul 11, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Britaniya Azərbaycanda bərpa olunan enerjiyə investisiya imkanını öyrənir

14/12/2020
Britaniya Azərbaycanda bərpa olunan enerjiyə investisiya imkanını öyrənir

{"subsource":"done_button","uid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1607944589469","source":"other","origin":"gallery","source_sid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1607944589500"}

4
BAXIŞ
Share on FacebookShare on Twitter

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfirliyinin Beynəlxalq Ticarət Departamenti və Britaniya Biznes Qrupunun birgə təşkilatçılığı ilə “Azərbaycanda Bərpa olunan Enerji Sektoru: Dəyişikliklər və Fürsətlər” mövzusunda onlayn seminar təşkil olunub.

Bu barədə “Report” Energetika Nazirliyinə istinadən xəbər verir.

Seminarın əsas məqsədi Böyük Britaniya şirkətlərinin Azərbaycanda bərpa olunan enerji sektorunda davam edən islahatlar, görülən işlər və nəzərdə tutulan planlar haqqında məlumatlandırılması və bu prosesin şirkətlərə hansı investisiya imkanları açacağının müzakirəsindən ibarət olub.

Seminarda Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı kimi beynəlxalq təsisatların nümayəndələri ilə yanaşı BP, ABB, Hayward Tyler, Nobel Oil, Royalton Holdings, Mott MacDonald və s. kimi şirkətlərdən 100-ə yaxın təmsilçi və ekspertlər də iştirak edib.

Təqdimatçı qismində çıxış edən Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov Azərbaycanın energetika sektorunda aparılan islahatlar, ənənəvi energetika, bərpa olunan enerji və enerji səmərəliliyi, energetika və kommunal xidmətlər sahəsində tənzimləyici haqqında hazırlanmış qanunvericilik aktları barəsində danışıb. Xüsusilə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi haqqında ətraflı məlumat verilib və bildirilib ki, beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış qanun layihəsində bərpa olunan enerji sahəsinə özəl investisiyaların cəlb edilməsi üçün nəzərdə tutulmuş istiqamətlərdən biri bərpa olunan enerji hərraclarının keçirilməsidir. Eyni zamanda, Azərbaycanda bərpa olunan enerji potensialı, bu sahə üzrə görülən işlər, günəş və külək enerjisi sahəsində həyata keçirilən pilot layihələr, qarşıya qoyulmuş hədəflər haqqında ətraflı məlumat verilib.

Seminar çərçivəsində təqdimatla çıxış edən Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Azərbaycanın bərpa olunan enerji potensialı ilə bağlı seminar iştirakçıları məlumatlandırılıb. Təqdimatda xüsusi ilə Dağlıq Qarabağ və ətraf regionların hidroenerji, günəş, külək enerjisi kimi bərpa olunan enerji potensialı şərh edilib, bu ərazilərdə dəqiq potensialın hesablanması sahəsində görüləcək işlər və atılacaq addımlar diqqətə çatdırılıb, bu sahədə özəl sektorla əməkdaşlıq imkanlarının olduğu qeyd edilib.

“Qlobal enerji transformasiyasına ümumi baxış. Azərbaycanın perspektivləri” adlı təqdimatla çıxış edən Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin ölkələrlə qarşılıqlı əməkdaşlıq üzrə direktoru Gürbüz Gönül dünyada bərpa olunan enerji mənbələrindən istifadə sahəsinin inkişafı haqqında ətraflı məlumat verib və müvafiq sahədə Azərbaycanla uğurlu əməkdaşlığın davam etdirdildiyini seminar iştirakçılarının diqqətinə çatdırıb.

Seminarda həmçinin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfirliyinin beynəlxalq ticarət departamentinin Azərbaycan üzrə direktoru və enerji məsələləri üzrə regional rəhbəri Joel Derbyshire, Britaniya Biznes Qrupunun sədri John Patterson, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional vitse-prezidenti Niall Henderson da çıxış ediblər.

Tags: AzərbaycanBritaniyaenerji

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək
Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb
Azərbaycan

Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb

10/03/2025
Azərbaycan-Qazaxıstan işçi qruplarının II iclası keçirilib
Azərbaycan

Səfirlik: Azərbaycan Qazaxıstanın neft yataqlarına maraq göstərir

04/06/2024
Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var
Azərbaycan

Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var

20/05/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.