Bazar ertəsi, Oktyabr 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azad olunmuş ərazilərdə qazlaşdırma işlərinin planı hazırlanır

04/12/2020
Azad olunmuş ərazilərdə qazlaşdırma işlərinin planı hazırlanır
7
BAXIŞ
Share on FacebookShare on Twitter

İyirmi altı il davam edən ardıcıl, məqsədyönlü siyasi-diplomatik səylərdən sonra hərb meydanında 44 gün ərzində işğalçıların belini sındıran Azərbaycan əzəli torpaqlarını azad etdi. Prezident İlham Əliyev demişkən, artıq ölkəmiz üçün yeni dövr, quruculuq və inkişaf dövrü, azad olunmuş ərazilərimizin bərpası dövrü başlayır

Təbii ki, birinci məsələ həmin ərazilərdə infrastrukturu qurmaqdır. Bir çox yerlərdə bunu sıfırdan başlamaq, bəzi hallarda isə mövcud olanı əsaslı təmir etmək lazım gələcək. Əslində qaz və enerji təminatının 100 faizə yaxınlaşdığı bir ölkə üçün yeni azad edilmiş ərazilərdə də buna yaxın səviyyəyə nail olmaq elə də çətinlik yaratmaz. Üstəlik bunu tezliklə həyata keçirmək həvəsi, səbirsizlik o qədər böyükdür ki, SOCAR rəhbərliyinin tapşırığı ilə “Azəriqaz” İB artıq azad olunmuş ərazilərin qazlaşdırılması işləri üçün ilkin texniki iqtisadi əsaslandırmanı hazırlamağa başlayıb.

Qeyd edək ki, hələ müharibə günlərində də düşmən hər cür beynəlxalq, hərb və s. hüququnun təməl müddəalarını tapdalayaraq cəbhə bölgəsində də, ondan uzaqda da yerləşən şəhər və qəsəbələrimizi atəşə tutaraq infrastrukturuna, o cümlədən qaz şəbəkəsinə də ziyan yetirəndə “Azəriqaz”ın əməkdaşları hazır vəziyyətdə olublar. Yaradılan əməliyyat qərargahı həmin bölgələrdə meydana çıxan hər bir nasazlıqla bağlı müvafiq tədbirlər görüb. Həmçinin hərbçilərin tövsiyələrinə görə əhalinin təhlükəsizliyi naminə boru kəmərlərinə qaz buraxılışı azaldılırdı. Müharibə qurtarandan sonra isə “Azəriqaz”-ən Qarabağdakı bütün abunəçiləri davamlı şəkildə qazla təchiz olunur.

Bundan əlavə, qaz təchizatındakı hər hansı nöqsanlarla, yaxud abunə borcu ilə bağlı şəhid ailələrinin, qazilərin müraciətləri mümkün qədər qısa vaxt ərzində araşdırılaraq həll olunur.

Azad olunmuş ərazilərə dair planlara gəlincə, sözsüz ki, yalnız vəziyyəti ətraflı araşdırmaq üçün xeyli vaxt lazım olacaq. Lakin dediyimiz kimi, ilkin planlaşdırma işlərinə artıq başlandı və yeni magistral qaz kəmərlərinin ilkin istiqamətləri də müəyyənləşdirildi. Bunlar Böyük Bəhmənli – Füzuli – Hadrut – Şuşa, Azad Qaraqoyunlu – Ağdam, Horadiz – Cəbrayıl – Zəngilan – Qubadlı – Laçın, Goranboy – Kəlbəcər kəmərləri olacaq. Təbii ki, bu qaz kəmərləri bölgədəki yeni sosial iqtisadi hədəflərə görə nəzərdə tutulur. Belə ki, azad olunmuş hər bir rayonda müxtəlif iqtisadi sahələrinin inkişaf imkanları araşdırılır. Bununla yanaşı, işğal və müharibə dövründə dağıdılmış, viran qoyulmuş şəhər və qəsəbələrin baş planlarının da olması mühüm şərtdir.

Bəzi yerlərdə sıldırım dağlıq ərazilərə qaz kəmərlərinin çəkilməsi müəyyən çətinlik yaradacağı şəksizdir. Lakin “Azəriqaz” son illər ərzində bu məsələdə xeyli təcrübə toplayaraq yüksək dağlıq ərazilərdəki məskənlərin təchizatını yoluna qoyur. Texniki və texnoloji imkanlarla yanaşı, maliyyə baxımdan da hər hansı əngəl gözlənilmir, çünki dövlət büdcəsi, SOCAR-ın imkanları Qarabağdakı hər abunəçini lazımi həcmdə qazla dayanıqlı təmin etmək üçün artıqlaması ilə bəs edir.

Hesablamalara görə Qarabağ həyata qayıdandan sonra təbii qaza illik tələbat 200 milyon kubmetrədək olacaq. Bu həcmi vermək çətin olmayacaq: prezident İlham Əliyevin də daha əvvəl qeyd etdiyi kimi ölkənin təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr, proqnoz ehtiyatları da 3 trilyon kubmetrdir. Bununla Azərbaycan hələ qarşıdakı 100 il ərzində karbohidrogenləri daxili bazarı 100 faiz təmin etməklə yanaşı davamlı ixrac da edə bilər.

Beləliklə, artıq planlar tərtib olundu, qalır işə başlamaq. Qarabağımızın viran qoyulmuş yurd-yuvalarını isindirmək, buralara həyatı qaytarmaq üçün bu gün-sabah əməli işlərə başlanacaqdır.


Tags: AzəriqazSOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.