Bazar ertəsi, İyul 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Qocaman neftçilər Prezident İlham Əliyevə təşəkkür etdi

05/10/2020
Qocaman neftçilər Prezident İlham Əliyevə təşəkkür etdi
4
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycanın qocaman neftçiləri Prezident İlham Əliyevə təşəkkür məktubları ilə müraciət edirlər.

“Report”un məlumatına görə, belə bir minnətdarlıq məktublarını Bakı sakini Rəhman Qurbanov və başqaları da yazıblar.

Onların ölkə başçısı, Ali Baş Komandana ünvanladıqları məktubda deyilir:  

“Hörmətli Prezident, möhtərəm Ali Baş Komandan.

Bütün xalqımız kimi biz – Azərbaycan neftçilərinin yaşlı nəslinin nümayəndələri də artıq neçə gündür ki, Zati-alinizin qətiyyətli rəhbərliyi ilə Milli Ordumuzun müzəffər yürüşünü böyük qürur hissi ilə izləyirik. Ürəklərimiz döyüş meydanlarında rəşadət göstərən şanlı Azərbaycan əsgərləri ilə bir vurur. Qazanılan uğurlar gücümüzə güc qatır, bizi qələbə əzmi ilə yaşamağa, işləməyə, yaratmağa ruhlandırır. Ömrümüzün bu ixtiyar çağında bizə yaşatdığınız Qələbə sevincinə, Qələbə qüruruna görə Sizə sonsuz minnətdarlığımızı bildiririk.

İnanırıq ki, Sizin əzmkar komandanlığınız, Azərbaycan Ordusunun dönməz iradəsi, igidliyi və şücaəti sayəsində yaxın vaxtlarda ən böyük arzumuza çatacaq, müqəddəs torpaqlarımızda şanlı Azərbaycan Bayrağının dalğalanmasına şahid olacağıq. Bütün Azərbaycan xalqı kimi biz də böyük Qələbəmizin yaxın olduğuna əminik və səbirsizliklə o günü gözləyirik.

Zati-alinizin ətrafında kiçikdən-böyüyə bütün Azərbaycan xalqının bir yumruq kimi birləşərək, yağı düşmənə qarşı amansız mübarizəyə qoşulması tariximizin parlaq nailiyyətidir. Bu birlik, bu bütövlük Sizin müdrik siyasətinizin, xalqımızın arzu və istəklərini yorulmaq bilmədən həyata keçirməyinizin məntiqi nəticəsidir. Bu birliyin qarşısında dayana biləcək heç bir qüvvə yoxdur. Məkrli düşmənin və onun çoxsaylı havadarlarının təxribatları xalqımızın döyüş və Qələbə əzmini sarsıda bilməyəcək, işğal olunmuş torpaqlarımızın hər qarışının azad edilməsi uğrunda ədalətli mübarizəmiz sona qədər davam edəcəkdir. Qüdrətli sərkərdəsi, qorxmaz Ordusu, güclü iqtisadiyyatı, rəhbərinə sarsılmaz inamı olan xalq yenilməzdir.

Cənab Ali Baş Komandan, bilməyinizi istərdik ki, biz qocaman neftçilər də Sizin haqq işinizə sona qədər sadiqik və bütün əmrlərinizə müntəzirik. Bu ahıl yaşımızda Sizin əsgəriniz olmağımızdan şərəf duyarıq. Düşünürük ki, torpaqlarımızın nicatı bu qədər yaxında ikən hamılıqla Milli Ordumuzun hərbi əməliyyatlarına dəstək verməliyik və hər bir vətəndaşımız qələbə üçün əlindən gələni etməlidir.

Qoy qadir Allah bu müqəddəs savaşda Sizə yar olsun. Haqq yolunda şücaətlə döyüşən Azərbaycan əsgərlərinə güc və qüvvət versin. Tanrı Sizi qorusun!”

Hörmətlə,

Qurbanov Rəhman Əlisgəndər oğlu

Salmanov Zöhrab Məhəmməd oğlu

Məmmədbəyli Minirə Rzaqulu qızı

Vəliyeva Elmira Bağır qızı

Tatlıyev Xaliddin Sadaddin oğlu

Hüseynov Vaqif Qulu oğlu

Rzabəyov İdris İbrahim oğlu və başqaları

SOCAR-da çalışmış Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri

Azərbaycan Respublikası, Bakı şəhəri.

report

Tags: İlham Əliyevmüraciətneftçilər

Eyni kateqoriyadan Digər materiallar

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
Сдан в эксплуатацию танкер “Зангилан”
Azərbaycan

“Zəngilan” tankeri istismara verilib

02/07/2024
Prezident Azərbaycanda üç elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib
Azərbaycan

Prezident Azərbaycanda üç elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib

04/06/2024
İlham Əliyev: Azərbaycan nefti inkişafa çevirib
Azərbaycan

İlham Əliyev: Azərbaycan nefti inkişafa çevirib

04/03/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.