Şənbə, İyun 6, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Kanada şirkəti Özbəkistanda qaz hasilatına 1 milyard dollar sərmayə qoya bilər

28/10/2020
Kanada şirkəti Özbəkistanda qaz hasilatına 1 milyard dollar sərmayə qoya bilər
5
BAXIŞ
Share on FacebookShare on Twitter

Özbəkistan rəsmiləri Kanadada qeydiyyatdan keçmiş “Condor Petroleum” şirkətinin 2021-2024-cü illərdə ölkənin Buxara bölgəsindəki qaz yataqlarının istismarına bir milyard dollardan çox sərmayə qoyacağını gözləyirlər


Bu barədə Özbəkistan Respublikası Xarici İşlər Nazirliyi nəzdindəki “Dunyo” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Özbəkistanın ABŞ-dakı və Kanadadakı səfiri Javlon Vahabov və “Condor Petroleum”un  rəhbərliyi – İdarə Heyətinin sədri Dennis Balderston və Prezident Don Streum şirkətin Mərkəzi Asiya respublikasındakı qaz layihələrində iştirak perspektivlərini müzakirə etdilər.

“Balderston “Condor Petroleum”un Özbəkistan iqtisadiyyatına şirkətin şəxsi kapital qoyuluşları hesabına 1 milyard dollardan çox investisiya qoymağa hazır olduğunu söyləyib”, – deyə agentliyin xəbərində bildirilir. 

Layihə 2021-2024-cü illərdə Buxara bölgəsindəki “Qazlı” qaz yatağının ərazisindəki beş mədəndə modernləşdirilmə işləri nəticəsində hasilatın iki dəfə artırılmasını nəzərdə tutur.

“Qazlı” qaz yatağı Buxara-Xiva bölgəsindəki ən böyük karbohidrogen ehtiyatları sahələrindən biridir və 1961-ci ildən bəri istismardadır. İlkin qaz ehtiyatları təxminən 500 milyard kubmetrdir. Hazırda yatağın qaz ehtiyatları tükənməyə doğru gedir. Yataqdan “Buxara-Ural” və “Orta Asiya-Mərkəz” əsas magistral boru kəmərləri  çəkilib və bu qaz vasitəsilə Özbəkistandan Rusiyaya uzun illər qaz ixracı həyata keçirilir. 

Tags: Özbəkistan

Eyni kateqoriyadan Digər materiallar

Uzbekistan became a net importer of natural gas in 2023
Rusiya

Putin: “Rusiya Özbəkistana qaz tədarükünü artırmağa hazırdır”

27/05/2024
Qazaxıstan və Özbəkistan Xəzərin dibi ilə Azərbaycana elektrik enerjisi ötürmək istəyir
Azərbaycan

Qazaxıstan və Özbəkistan Xəzərin dibi ilə Azərbaycana elektrik enerjisi ötürmək istəyir

14/11/2023
Bakı və Daşkənd yeni istilik elektrik stansiyalarının tikintisini müzakirə edir
Azərbaycan

Bakı və Daşkənd yeni istilik elektrik stansiyalarının tikintisini müzakirə edir

08/08/2023
SOCAR “Uzbekneftegaz” ilə niyyət protokolu imzalayıb
Azərbaycan

SOCAR “Uzbekneftegaz” ilə niyyət protokolu imzalayıb

01/06/2023
SOCAR prezidenti Özbəkistanın energetika nazirinin müavini ilə görüşüb
Azərbaycan

SOCAR prezidenti Özbəkistanın energetika nazirinin müavini ilə görüşüb

30/08/2022
Azərbaycan və Özbəkistan energetika sahəsində Yol Xəritəsi imzalayıb
Azərbaycan

Azərbaycan və Özbəkistan energetika sahəsində Yol Xəritəsi imzalayıb

30/08/2022
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.