Bazar ertəsi, İyun 16, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR AQŞ Beynəlxalq Akkreditasiyaya layiq görülüb

22/09/2020
SOCAR AQŞ Beynəlxalq Akkreditasiyaya layiq görülüb

{"subsource":"done_button","uid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1600765474486","source":"other","origin":"gallery","source_sid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1600765474499"}

1
BAXIŞ
Share on FacebookShare on Twitter

SOCAR AQŞ Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının Səriştəliliklərin Qiymətləndirilməsi proqramının beynəlxalq standartlara uyğun akkreditasiyasını alıb.

Şirkətdən “Report”a verilən məlumata görə, Səriştəliliklərin Qiymətləndirilməsi Proqramının əsas məqsədi hər bir işçinin öz vəzifəsinə uyğun bilik və bacarıqlara sahib olduğunu və iş sahələrində pozitiv və sağlam mədəniyyətin təmin edilməsi üçün lazım olan davranışları nümayiş etdirməkdir.

Proqram SOCAR AQŞ üçün bir neçə səbəbdən mühüm əhəmiyyət kəsb edir. İlk növbədə müəssisənin böyük operator şirkətlərinin layihələri üzrə aparılan tenderlərdə qalib ola bilməsi üçün əlavə imkanlar yaradacaq. Digər tərəfdən, SOCAR AQŞ ailəsinin əsas gücü olan əməkdaşlarının səriştəliliklərinin artırılması ilə beynəlxalq səviyyədə peşəkarların yetişdirilməsi və əməliyyatların daha keyfiyyətli və təhlükəsiz aparılması üçün dəstək rolunu oynayacaq.

Səriştəliliklərin Qiymətləndirilməsi Proqramının daha bir əhəmiyyəti isə SOCAR AQŞ kollektivi üçün açdığı yeni üfüqlərdir. Belə ki, proqram tam şəffaf qiymətləndirmədə iştirak etmək şansı verməklə əldə edilən nəticəyə uyğun olaraq karyera pilləsində yüksəlmə imkanı yaradacaq. Bundan başqa, proqram əməkdaşların hazırkı vəzifəsi üzrə inkişaf etmək və gələcək vəzifələrə uyğun püxtələşmək üçün əsas meyar rolunu oynayacaq.

SOCAR AQŞ-nin Təşkilati İnkişaf şöbəsinin müdiri Cəmilə Əşrəfli bildirib ki, müəssisənin 2020-ci ilin əvvəlində müəyyən etdiyi 5 priotitet sahədən biri səriştəliliklərin inkişaf etdirilməsi olub: “Artıq 1 ildir ki, müəssisəmiz bu sahənin inkişaf etdirilməsi və mükəmməlləşdirilməsi istiqamətində iri addımlarla irəliləyir. Bu prioritet sahənin bu il üçün nəzərdə tutulan əsas hədəfi IADC (Beynəlxalq Qazma Podratçılarının Assosiasiyası) tərəfindən Səriştəliliklərin Qiymətləndirilməsi Proqramının akkreditasiyasına nail olmaq idi. Bu akkreditasiya beynəlxalq operator şirkətləri tərəfindən yüksək peşəkarlıq nişanı kimi qiymətləndirilir. Bu gün biz fəxrlə qeyd etmək istərdik ki, iyul ayının 1-dən IADC tərəfindən bu sertifikata layiq görülmüş çox az sayda şirkətlərin arasında bizim də adımız sadalanır”.

Proqramın ilk mərhələsində özüllərdə fəaliyyət göstərən hər bir vəzifə üçün səriştəlilik profilinin hazırlanması və həmin vəzifə sahibinin səriştəliliklərinin təmin olunması və inkişaf etdirilməsi nəzərdə tutulub. Bununla da müəssisə olaraq, SOCAR AQŞ 2020-ci il üçün qarşıya qoyduğu hədəflərə çatmaqla sifarişçi və podratçılarına əvəzolunmaz tərəfdaş olduğunu bir daha nümayiş etdirəcək.

report

Tags: SOCAR-AQS

Eyni kateqoriyadan Digər materiallar

Maraqlı Xəbərlər

SOCAR Türkiyənin cənub-şərqində 4 neft quyusu qazacaq

25/08/2023
“Günəşli” yatağında daha bir quyunun qazma işləri başa çatıb
Azərbaycan

“Günəşli” yatağında daha bir quyunun qazma işləri başa çatıb

09/12/2021
Director of Large Drilling Company in Azerbaijan Replaced
Azərbaycan

SOCAR AQŞ MMC-yə yeni baş direktor təyin edilib – RƏSMİ

27/10/2020
“SOCAR-AQŞ”nin direktoru dəyişib
Azərbaycan

“SOCAR-AQŞ”nin direktoru dəyişib

27/10/2020
Azərbaycanı tanıdan qazma şirkəti – SOCAR AQŞ
Azərbaycan

Azərbaycanı tanıdan qazma şirkəti – SOCAR AQŞ

02/09/2020
SOCAR AQŞ 15 iyun-Milli Qurtuluş Gününə həsr olunmuş vebinar təşkil edib
Azərbaycan

SOCAR AQŞ 15 iyun-Milli Qurtuluş Gününə həsr olunmuş vebinar təşkil edib

16/06/2020
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
Azərbaycan

Almaniyanın dövlət şirkəti 10 il Azərbaycandan qaz alacaq

10/06/2025
Azərbaycan

Avtonom modullu energetika RSE şirkəti tərəfindən Bakıda ilk dəfə təqdim edilib

04/06/2025
Azərbaycan

BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır

04/06/2025
Azərbaycan

“Azneft” bu il “Neft Daşları”nda 1,2 milyon ton neft çıxarmağı hədəfləyib

04/06/2025
Azərbaycan

“TotalEnergies”: Azərbaycanda dünyada ilk dəfə…

04/06/2025
Azərbaycan

Laçında “Aşağı Malıbəyli” və “Mirik” kiçik su elektrik stansiyaları istismara verilib

27/05/2025
Azərbaycan

Maliyyə naziri Azərbaycana benzin idxalının artmasının səbəbini açıqlayıb

27/05/2025
Azərbaycan

“La Repubblica”: Azərbaycan İtaliyadakı neft emalı zavoduna maraq göstərir

27/05/2025
Azərbaycan

SOCAR-ın idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün yuxarı hədd müəyyən edilib

26/05/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.