Çərşənbə, May 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR AQŞ 15 iyun-Milli Qurtuluş Gününə həsr olunmuş vebinar təşkil edib

16/06/2020
SOCAR AQŞ 15 iyun-Milli Qurtuluş Gününə həsr olunmuş vebinar təşkil edib
3
BAXIŞ
Share on FacebookShare on Twitter

Millət vəkilləri, ziyalılar və tanınmış media kapitanları ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulmasında göstərdiyi müstəsna xidmətləri geniş müzakirə ediblər

SOCAR AQŞ-nin təşəbbüsü və iştirakçılığı ilə 15 iyun-Milli Qurtuluş Gününə həsr olunmuş vebinar təşkil olunub.

Tədbir iştirakçılarını salamlayan SOCAR AQŞ-nin Baş direktoru Ramin İsayev bildirdi ki, bu günkü tədbir iştirakçılarından bir çoxları müstəqilliyin ilk illərində dövlətimizin üzləşdiyi təhdidlərin və xalqımızın yaşadığı faciələrin canlı şahidləri olublar:‘ ’Belə bir zamanda, məhz Heydər Əliyevin xalqın dəvəti ilə Naxçıvan Muxtar Respublikasından Bakıya qayıdışı ölkəmizdə hökm sürən özbaşınalığın aradan qaldırılmasına və ictimai-siyasi sabitliyin təmin olunmasına ciddi zəmin yaratdı. Qısa müddət ərzində ölkədə köklü islahatlar həyata keçirildi, Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədi, sarsılmaz və dönməz xarakter almasında misli görünməmiş fədakarlıq etdi.’’

Milli Məclisin Beynəlxalq münasibətlər və parlametlərarası komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı rəsmi nümayəndə heyətinin başçısı, professor Səməd Seyidov çıxış edərək bildirdi ki, Heydər Əliyevin siyasi arenaya yenidən qayıdışı 1988-ci ildən etibarən faciələr və ağır itkilərlə üzləşən xalqın ümid çırağına çevrildi. ‘’Heydər Əliyevin hakimiyyətdə olduğu illərə nəzər saldıqda şahid oluruq ki, onun bütün fəaliyyəti Azərbaycan naminə qurtuluşa həsr olunub. Milli və mədəni kimliyimizin qorunması, milli hərbi kadrların yetişdirilməsi istiqamətində Ə.Naxçıvanski adına hərbi məktəbin yaradılması, istedadlı gənclərin ali təhsil üçün İttifaqın digər respublikalarına göndərilməsi əslində müstəqilliyimizə gedən yolun başlanğıcı idi. 1993-cü ildə hakimiyyətlə gəlməklə Heydər Əliyev 10 il ərzində 100 ilə bərabər işləri həyata keçirə bildi. ‘’Əsrin müqaviləsi’’nin imzalanmasından tutmuş 1998-ci ildə Avropa Şurasında Azərbaycan bayrağının dalğalanmasına kimi qət edilən yol məhz onun müəllifi olduğu yol xəritəsinin dividentləri idi. Gənc nəslə tövsiyəm budur ki, min bir məşəqqət hesabına qoruyub saxladığımız dövlətçiliyimizi öz bilik və bacarıqlarını milli kimlikləri ilə sıx birləşdirərək Azərbaycanı qorumağı bacarsınlar, təəssübkeş olsunlar!’’

Daha sonra çıxış edən millət vəkili, tarix elmləri namizədi Məlahət ibrahimqızı Ulu öndərin milli kontekstdə o cümlədən, bölgənin təhlükəsizliyində oynadığı misillsiz roldan geniş söhbət açdı. ‘’Heydər Əliyev ölkədə vətəndaş müharibəsinin qarşısını almaqla həm də Azərbaycanın siyasi xəritədən silinməsinə əngəl oldu. Hərtərəfli tənəzzülə məruz qalmış dövlətə sahib çıxmaqla yanaşı Heydər Əliyev qonşu Gürcüstanda eks prezident Zviad Qamsaxurdiyanın hakimiyyəti dövründə doğma yurdlarından didərgin salınan həmvətənlərimizin qayğıları ilə də məşğul olmağa başladı.  Onun uzaqgörən siyasəti sayəsində tezliklə bu problemlər öz həllini tapdı, insanlarda öz dövlətinə, onun liderinə inam yarandı. Qonşu dövlətlər də daxil olmaqla bölgənin aparıcı siyasi qüvvələri Heydər Əliyevin timsalında Azərbaycanla hesablaşmalı oldular.’’ 

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu çıxış edərək bildirdi: ‘’Ulu Öndərin fəaliyyətini əsas iki missiya üzərində cəmləşdirmək olar: 1) Xilaskar və 2) Quruculuq missiyası. Heydər Əliyev iqtisadi, siyasi və hərbi cəhətdən çox zəifləmiş bir dövlətə sahib çıxaraq onu dünyanın inkişaf etməkdə olan dövlətləri səviyyəsinə qədər yüksəldə bildi. 1993-1994-cü illərdə milli qanunvericilik bazamız çox zəif idi, dövlət xəzinəsi isə tamam boşalmışdı. Belə bir vəziyyətdə beynəlxalq arenada nəhəng siyasi və iqtisadi güclərin qarşısında Heydər Əliyev öz şəxsiyyəti və liderliyi ilə etimad qazanaraq ‘’Əsrin müqaviləsi’’nin imzalanmasına nail oldu. Bu müqavilənin Azərbaycan xalqının həyatındakı dəyəri gündən-günə artmaqdadır!’’

Daha sonra çıxış edən millət vəkili Jalə Əliyeva bildirdi: ’’27 il əvvəl respublikamızda baş verən o qanlı hadisələr bizə öz dövlətimiz və onun lideri ətrafında sıx birlşməyi öyrətdi. Heydər Əliyevin tərtib etdiyi çərçivə planları sayəsində Azərbaycan Respublikası 200 illik dövlətçilik ənənəsinə malik, demokratik dəyərlərin beşiyi hesab edilən Böyük dövlətlərin qət etdiyi yolu cəmi 10 il ərzində gerçəkləşdirə bildi.’’

‘’İki Sahil’’ qəzetinin baş redaktoru, əməkdar jurnalist, KİVDF Müşahidə şurasının sədr müavini Vüqar Rəhimzadə panel müzakirəsində Ulu öndərin Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi ideyaların vahid Azərbaycan naminə hesablanmış olduğunu vurğuladı.’’O dövrdə, Xalq Cümhuriyyətindən bizə miras qalan üçrəngli bayrağın yenidən dalğalanmasına təkan verdi. Heydər Əliyev Türkiyə Respublikasından 100 milyon ABŞ dolları məbləğində kreditin alınması ilə Naxçıvanın iqtisadi blokada vəziyyətindən çıxara bildi, daha sonra isə iki respublika arasında ‘’Ümid’’ körpüsünün salınmasına nail oldu. Aparılan uğurlu danışıqlar sayəsində Türkiyə və İran İslam Respublikası ilə iqtisadi əlaqələr yüksələn xətt üzrə inkişaf etdirildi.’’  

Tədbirin sonunda yekun nitqi söyləyən SOCAR AQŞ-nin Baş direktoru Ramin İsayev bildirdi ki, Ulu öndər Heydər Əliyev hələ Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışarkən hər bir azərbaycanlıda fəxarət hissi oyatmışdır. ‘Böyük azərbaycanlının xoş sədası dünyanın müxtəlif siyasi mərkəzlərinə qədər gedib çatmışdı. Onun fitri istedadı, böyük liderlik keyfiyyətləri günü bu gün də qlobal səviyyədə nəhəng siyasətçilər tərəfindən tanınır və qəbul edilir. O, xalqımızın ən çətin anlarında vətəndaş təəssübkeşliyini və siyasi iradəsini ortaya qoyaraq xalqına və dövlətinə sahib çıxmışdır. Onun həyatı məhz güclü, müstəqil və çağdaş Azərbaycan Respublikasının təşəkkül tapmasına həsr olunmuşdur. Xalqımız Heydər Əliyevin əziz xatirəsini daim uca tutaraq onun memarı olduğu müasir Azərbaycan Respublikasının daha da güclənməsi üçün həmrəylik nümayiş etdirməkdədir!’’

Tags: SOCAR-AQS

Eyni kateqoriyadan Digər materiallar

Maraqlı Xəbərlər

SOCAR Türkiyənin cənub-şərqində 4 neft quyusu qazacaq

25/08/2023
“Günəşli” yatağında daha bir quyunun qazma işləri başa çatıb
Azərbaycan

“Günəşli” yatağında daha bir quyunun qazma işləri başa çatıb

09/12/2021
Director of Large Drilling Company in Azerbaijan Replaced
Azərbaycan

SOCAR AQŞ MMC-yə yeni baş direktor təyin edilib – RƏSMİ

27/10/2020
“SOCAR-AQŞ”nin direktoru dəyişib
Azərbaycan

“SOCAR-AQŞ”nin direktoru dəyişib

27/10/2020
SOCAR AQŞ Beynəlxalq Akkreditasiyaya layiq görülüb
Azərbaycan

SOCAR AQŞ Beynəlxalq Akkreditasiyaya layiq görülüb

22/09/2020
Azərbaycanı tanıdan qazma şirkəti – SOCAR AQŞ
Azərbaycan

Azərbaycanı tanıdan qazma şirkəti – SOCAR AQŞ

02/09/2020
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.