Çərşənbə, İyun 10, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Dalma Elektrik Mühərriklərinin Təmiri Sahəsi yenidən istismara verilib

17/09/2020
Dalma Elektrik Mühərriklərinin Təmiri Sahəsi yenidən istismara verilib
3
BAXIŞ
Share on FacebookShare on Twitter

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin son illərdə fəaliyyəti genişləndirilən və daha da təkmilləşdirilən Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsinin Dalma Elektrik Mühərriklərinin Təmiri Sahəsi yenidənqurmadan sonra istismara verilib.

SOCAR-dan “Report”a verilən məlumata görə, bu münasibətlə şirkət rəhbərliyinin iştirakı ilə keçirilmiş mərasimdə dalma elektrik mühərriklərinin təmiri, çuquntökmə və mexaniki yığma sahələrindən ibarət Eksperimantal İstehsalat Müəssisəsində dalma qurğularının təmiri üçün lazım olan 150 adda ehtiyat hissəsinin istehsalı üçün şərait yaradıldığı qeyd edilib.

Məlumat verilib ki, neftqazçıxarma idarələrinin və digər təşkilatların tələbatını ödəmək üçün ildə neft hasilatını tənzimləyən 14 000 ədəd keramiki və bərk xəlitəli tənzimləyicilərin istehsal olunduğu İstehsalat Müəssisəsinin yenidənqurma layihəsi çərçivəsində 1-ci və 2-ci buraxılış kompleksləri üzrə görülmüş tədbirlər nəticəsində inzibati bina, qazanxana, yeraltı komunikasiya xətləri, elektrik yarımstansiyası, su və yanğın su nasosxanası, mexaniki yığma sahəsi beynəlxalq standartlara uyğun yenidən qurulmuş, avadanlıq bazası yenilənib. Layihənin 3-cü buraxılış kompleksi çərçivəsində bu gün istifadəyə verilən Dalma Elektrik Mühərriklərinin təmiri sahəsində 4 mərtəbədən ibarət inzibati – məişət binası, istehsalat və sınaq sahələri əsaslı təmir edilmiş, dalma avadanlıqlarının təmiri prosesində istifadə olunan qeyri-standart avadanlıqlar tam yenilənmiş, işçilərin əmək və sosial şəraiti yaxşılaşdırılıb.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev neftçilərin qarşıdan gələn peşə bayramı- “Neftçilər günü” münasibəti ilə müəssisənin əmək kollektivini təbrik edib, onlara uğurlar arzulayıb. Müəssisədə həyata keçirilən yenidənqurma və təmir işlərini yüksək qiymətləndirən şirkət prezidenti deyib: “İnanıram ki, müasir avadanlıqlardan və texnologiyalardan istifadə olunmaqla aparılmış yenidənqurma nəticəsində dalma avadanlıqlarının təmirinə çəkilən xərclərin azaldılmasına, təmirlər arası müddətin uzanmasına nail olunacaq, bu da müəssisənin maliyyə dayanıqlılığına mühüm töhfə verəcəkdir. İnnovativ metodların tətbiqi eyni zamanda müəssisənin rəqabət qabiliyyətini də artıracaq”. 

Xatırladaq ki, müəssisə “Azneft” İB-nin tərkibində 1967-ci ildən fəaliyyət göstərir. 2018-ci ildə müəssisənin Mexaniki emal sahəsi müasir standartlara uyğun olaraq yenidən qurulmuşdur. Hazırda dalma qurğuları 331 quyuda istismar olunur. Dalma Elektrik Mühərriklərinin Təmiri Sahəsində il ərzində 1600 ədəd dalma elektrik mühərriki, 1600 ədəd hidromüdafiə qurğusu, 60 ədəd elektrik diafraqmalı dalma nasosu əsaslı və cari təmir olunur. Mərhələli keyfiyyətə nəzarət prosedurundan keçən hazır məhsul, sahənin sınaq bölməsindəki quyularda yoxlanılaraq istismara buraxılır.

report

Tags: SOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.