Bazar ertəsi, Fevral 9, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Özbəkistan elektrikin istehsalında qazdan istifadəni azaltmağı planlaşdırır

01/07/2020
Özbəkistan elektrikin istehsalında qazdan istifadəni azaltmağı planlaşdırır
7
BAXIŞ
Share on FacebookShare on Twitter

Mərkəzi Asiyanın iri qaz hasilatçısı Özbəkistan ənənəvi enerjidən daxili bazarda daha rasional istifadə etməyi planlaşdırır. Bununla əlaqədar olaraq hökumət ölkənin elektrik enerjisinə olan tələbatını orta perspektivdə yaşıl enerji hesabına ödəməyi düşünür.

Bu məqsədlə Özbəkistanın Energetika nazirliyi hazırda beynəlxalq ekspertləri cəlb edilməklə Milli Azkarbonlu İnkişaf Strategiyasının hazırlanması üzərində işləyir.

Energetika nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, sənəd ətraf mühitə daha az mənfi təsir göstərəcək elektrik enerjisi istehsalına keçidi əks etdirir. Söhbət aşağı səviyyədə istixana qaz tullantıları yarada biləcək elektrik enerjisi istehsalından gedir.

Xatırladaq ki, cari ilin may ayında Asiya İnkişaf Bankı və Dünya Bankının iştirakı ilə hazırlanan “Özbəkistanın 2020-2030-cu illər üçün elektrik enerjisi ilə təmin edilməsi” Konsepsiyası qəbul edildi.  Konsepsiya mövcud elektrik stansiyalarının modernləşdirilməsini və bərpa olunan enerji mənbələri və tikilməsi planlaşdırılan atom elektrik stansiyası vasitəsilə yeni növ enerji istehsalını nəzərdə tutur. Bu tədbirlərin həyata keçirilməsi nəticəsində Özbəkistan hökuməti 2030-cu ildə 2010-cu ilə nisbətən istixana qazı tullantılarının emissiyasını 10% azaltmağı planlaşdırırlar.

Sözügedən Konsepsiya əsasında hal-hazırda Avropa Yenidənqurma və İnkişaf Bankının mütəxəssislərinin iştirakı ilə Özbəkistanın Milli Azkarbonli İnkişaf Strategiyası hazırlanır. Energetika nazirliyi bunun vacibliyini bir tərəfdən ölkənin enerji təchizatı problemlərinin həlli, digər tərəfdən isə ətraf mühitə vurulan təsirlərin azaldılması ilə izah edirlər.

Sənəd Özbəkistanda azkarbonlu enerjiyə keçidin bərpa olunan enerji istehsalının xüsusi çəkisinin artırılması hesabına artırmağı nəzərdə tutur. Plana görə, 2030-cu ilə qədər Özbəkistan ümumi gücü 3 giqavat olan külək elektrik stansiyalarının, ümumi gücü 5 giqavat olan günəş elektrik stansiyalarının, habelə 2.4 giqavat gücünə sahib atom elektrik stansiyasının istismara verilməsi gerçəkləşməlidir.

Tags: ÖzbəkistanÖzbəkistan qazı

Eyni kateqoriyadan Digər materiallar

Uzbekistan became a net importer of natural gas in 2023
Rusiya

Putin: “Rusiya Özbəkistana qaz tədarükünü artırmağa hazırdır”

27/05/2024
Qazaxıstan və Özbəkistan Xəzərin dibi ilə Azərbaycana elektrik enerjisi ötürmək istəyir
Azərbaycan

Qazaxıstan və Özbəkistan Xəzərin dibi ilə Azərbaycana elektrik enerjisi ötürmək istəyir

14/11/2023
Bakı və Daşkənd yeni istilik elektrik stansiyalarının tikintisini müzakirə edir
Azərbaycan

Bakı və Daşkənd yeni istilik elektrik stansiyalarının tikintisini müzakirə edir

08/08/2023
SOCAR “Uzbekneftegaz” ilə niyyət protokolu imzalayıb
Azərbaycan

SOCAR “Uzbekneftegaz” ilə niyyət protokolu imzalayıb

01/06/2023
SOCAR prezidenti Özbəkistanın energetika nazirinin müavini ilə görüşüb
Azərbaycan

SOCAR prezidenti Özbəkistanın energetika nazirinin müavini ilə görüşüb

30/08/2022
Azərbaycan və Özbəkistan energetika sahəsində Yol Xəritəsi imzalayıb
Azərbaycan

Azərbaycan və Özbəkistan energetika sahəsində Yol Xəritəsi imzalayıb

30/08/2022
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.