Şənbə, İyun 14, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Energetika Nazirliyi avqustda iki müqavilə imzalamağa hazirlaşir

14/07/2020
Energetika Nazirliyi avqustda iki müqavilə  imzalamağa hazirlaşir
0
BAXIŞ
Share on FacebookShare on Twitter

Energetika Nazirliyi avqustda Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə külək və günəş enerjisi üzrə pilot layihələri çərçivəsində “Enerji alqı-satqı Müqaviləsi” və “İnvestisiya Müqaviləsi” imzalamağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

““ACWA Power” və “Masdar” şirkətləri ilə 240 MVt gücündə külək və 200 MVt gücündə günəş enerjisi üzrə pilot layihələrin icrası istiqamətində torpaqla bağlı məsələlər həll edilib, külək-ölçü müşahidə stansiyaları quraşdırılıb. Gələn ay bu şirkətlərlə “Enerji alqı-satqı Müqaviləsi”, “İnvestisiya Müqaviləsi”, “Ötürücü Şəbəkəyə Qoşulma Müqaviləsi” və “Torpaq İcarə Müqaviləsi” sənədlərinin imzalanması planlaşdırılır”, – deyə məlumatda bildirilir.

İnvestorlara veriləcək maliyyə və qeyri-maliyyə öhdəlikləri üzrə dövlət zəmanətləri müəyyənləşdirilib, layihələrin iqtisadi, ekoloji və sosial qiymətləndirilməsi aparılıb.

“Şəbəkənin gücləndirilməsi və layihələrin şəbəkəyə inteqrasiyası ilə bağlı enerjisistemin idarə olunması, elektrik enerjisinin ötürülməsi, rele-mühafizə və avtomatika üzrə tədbirləri əhatə edən müvafiq texniki şərt layihələri və qoşulma sxemləri hazırlanıb, eyni zamanda, ən optimal variantın seçilməsi üzrə tədbirlər davam etdirilir”, – deyə məlumatda qeyd olunur.

Qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilədək 30%-ə çatdırılması məqsədilə elektrik şəbəkəsinə qoşulacaq əlavə güclərin dövrlər üzrə optimal həddinin müəyyən edilməsi tədbiri üzrə məsləhətçi şirkət cəlb etməklə müvafiq təkliflərin hazırlanmasına başlanılıb.

“Energetika Nazirliyi bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı təkliflər təqdim etmiş şirkətlərlə əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edir”, – deyə məlumatda bildirilir.

2020-ci il yanvarın 9-da Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələri imzalanıb. Müqavilələrə əsasən, “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə külək, “Masdar” şirkəti ilə isə 200 meqavatlıq günəş elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə illik 1,4 milyard kilovat/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.

Hər iki layihə build – own – operate (tik – sahib ol – idarə et) prinsipi əsasında həyata keçiriləcək.

“Masdar” şirkətinin inşa edəcəyi günəş elektrik stansiyası Bakıdan 75 km cənub-qərbdə yerləşəcək və 2022-ci ilədək kommersiya istismarına veriləcək.

Daha əvvəl energetika nazirinin müavini Elnur Soltanov bildirmişdi ki, “ACWA Power” və “Masdar” şirkətləri tərəfindən layihələrin reallaşdırılması iki ilə yaxın vaxt aparacaq.

Bu stansiyaların hər biri mərhələli şəkildə istismara veriləcək və ümumi enerji sisteminə inteqrasiya olunacaq. Layihələrin reallaşdırılmasına ümumi sərmayə qoyuluşu təxminən $400 milyon məbləğində qiymətləndirilir.

Bu iki layihənin reallaşdırılması Azərbaycana illik 300 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bu da ölkə əhalisi tərəfindən il ərzində istehlak olunan qazın ümumi həcminin 10%-ni təşkil edir.

Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1276 MVt-dır ki, bu da ümumi gücün 17%-ni təşkil edir. 2019-cu ilin yekunları üzrə iri su elektrik stansiyaları nəzərə alınmaqla elektrik enerjisi istehsalının faktiki həcmi cəmi 7,9% olub.

interfax

Tags: Energetika nazirliyigünəş enerjisi

Eyni kateqoriyadan Digər materiallar

Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib
Azərbaycan

Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib

30/07/2024
Azərbaycan Dünya Bankı ilə yaşıl enerji layihələrinin maliyyələşdirilməsini müzakirə edib
Yaşıl enerji

Azərbaycan Dünya Bankı ilə yaşıl enerji layihələrinin maliyyələşdirilməsini müzakirə edib

20/02/2024
Запущена вторая линия электропередачи из Туркменистана в Иран
Azərbaycan

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti

25/12/2023
2050-ci ilədək hidrogen dünya enerji istehlakının 10%-dən çoxunu əhatə edə bilər
Azərbaycan

Energetika nazirliyi hidrogen enerjisi sahəsində pilot layihələr həyata keçirməyi planlaşdırır

06/11/2023
Pərviz Şahbazov Almaniya şirkətləri ilə enerji tərəfdaşlığını müzakirə edib
Azərbaycan

Pərviz Şahbazov Almaniya şirkətləri ilə enerji tərəfdaşlığını müzakirə edib

28/03/2023
Azərbaycanda “yaşıl hidrogen”in istehsalı və ixracı üzrə təkliflər hazırlanıb
Azərbaycan

Azərbaycanda “yaşıl hidrogen”in istehsalı və ixracı üzrə təkliflər hazırlanıb

04/11/2022
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
Azərbaycan

Almaniyanın dövlət şirkəti 10 il Azərbaycandan qaz alacaq

10/06/2025
Azərbaycan

Avtonom modullu energetika RSE şirkəti tərəfindən Bakıda ilk dəfə təqdim edilib

04/06/2025
Azərbaycan

BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır

04/06/2025
Azərbaycan

“Azneft” bu il “Neft Daşları”nda 1,2 milyon ton neft çıxarmağı hədəfləyib

04/06/2025
Azərbaycan

“TotalEnergies”: Azərbaycanda dünyada ilk dəfə…

04/06/2025
Azərbaycan

Laçında “Aşağı Malıbəyli” və “Mirik” kiçik su elektrik stansiyaları istismara verilib

27/05/2025
Azərbaycan

Maliyyə naziri Azərbaycana benzin idxalının artmasının səbəbini açıqlayıb

27/05/2025
Azərbaycan

“La Repubblica”: Azərbaycan İtaliyadakı neft emalı zavoduna maraq göstərir

27/05/2025
Azərbaycan

SOCAR-ın idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün yuxarı hədd müəyyən edilib

26/05/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.