Şənbə, Sentyabr 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR AQŞ-nin 28 May gününə töhfəsi

31/05/2020
SOCAR AQŞ-nin 28 May gününə töhfəsi
14
BAXIŞ
Share on FacebookShare on Twitter

SOCAR AQŞ-nin təşəbbüsü və təşkilatçılığı ilə 28 may- Respublika Gününə həsr olunmuş vebinar təşkil olunub

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü münasibəti ilə neftçilər, ziyalılar, millət vəkilləri, səfirlər və istedadlı gənclər bir araya gəldilər

28 may 2020-ci il tarixində SOCAR AQŞ-nin təşəbbüsü və iştirakçılığı ilə ‘’Qürur mənbəyimiz olan Azərbaycan Xalq Cümhuriyyəti: 102-ci yubileyin mübarək!’’ adlı vebinar təşkil olunub. İlk olaraq, virtual  tədbir iştirakçıları Azərbaycan Respublikasının dövlət himnini ifa ediblər. Tədbir iştirakçılaını salamlayan SOCAR AQŞ-nin Baş direktoru Ramin İsayev bildirdi ki, COVİD-19 pandemiya dövründə SOCAR AQŞ mütərəqqi virtual ofis sistemleri vasitəsilə dənizdə, quruda, istehsalat sahələrində çalışan, evdə olan bütün əməkdaşlarını və cəmiyyətimizin tanınmış ziyalılarını bir araya gətirərəkRespublika Gününü qeyd edir. ‘’Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasıtarixi bir hadisə idi və milli dövlətçilik şüurumuzun zənginliyinin və gücünün təntənəsi idi. Azərbaycanın dahi fikir adamları XİX əsrdə və XX əsrin əvvəlində fədakarlıqla çalışaraq Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji əsaslarını işləyib hazırladılar və nəticədə 1918-ci ilin 28 may tarixində demokratik respublikamızın qurulmasına nail oldular.Bu şanlı tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirərək onun heç vaxt işğalla barışmayacağına ciddi zəmin yaratdı. Bu gün gənc nəslin Respublika Gününü xüsusi coşğu ilə qeyd etməsi hər birimizdə iftixar hissi doğurur və dövlət müstəqilliyimizin əbədi olacağına əminlik yaradır!’’

Vebinarda Azərbaycan Respublikası Milli Məclisinin deputatları Qənirə Paşayeva, Məlahət İbrahimqızı, Hikmət Babaoğlu, Sabir Rüstəmxanlı və Anar İsgəndərov panel müzakirəsində çıxış edərək Azərbaycan Demokratik Respublikasının qət etdiyi şanlı tarixdən geniş söhbət açdılar.

Deputat Məlahət İbrahimqızı çıxış edərək bildirdi ki, Cümhuriyyət banilərinin apardığı xarici siyasət sayəsində Paris Sülh konfransının iştirakçı dövlətləri Azərbaycanın müstəqilliyini tanımağa məcbur oldu.  ‘’Beynəlxalq ictimaiyyət tərəfindən müstəqil dövlət kimi tanınmağımız sonradan Azərbaycanın SSRİ tərkibində respublika kimi mövcud olmasınada şərait yaratdı. Əks təqdirdə, biz bu gün Rusiya Federasiyasının Başqırdstan, Tatarstan kimi muxtar subyektlərindən biri idik’’.

Millət vəkili Qənirə Paşayeva çıxış edərək Cümhuriyyətliderlərinin fədakarlığı, siyasi iradəsi və vətənpərvərliyi ilə ərsəyə gələn tarixi uğurlardan geniş söhbət açdı. ‘’Bu gün bizdən çox şey asılıdır: biz özümüz tariximizi necə bilirik və onu gənc nəsilə necə öyrədirik. Hər bir AXC liderinin həyat və fəaliyyətidərindən öyrənilməli  və şövqlə aşılanmalıdır. Mən Cümhuriyyət bağının yaradılması təklifi ilə tez-tez çıxış edirəm. Əminəm ki, belə bir bağ xalqımız üçün müqəddəs yerlərdən birinə çevriləcəkdir!’’

Daha sonra çıxış edən görkəmli ziyalımız Sabir Rüstəmxanlı 1991-ci ildə Dövlət Müstəqilliyi Aktının qəbul olunmasının lehinə səs verən deputatlardan biri olduğundan qurur duyduğunuvə bu gün dinamik inkişaf edən müstəqil Azərbaycanda yaşamağından çox xöşbəxt olduğunu bildirdi. ‘’AXC-nin bərqərar etdiyi demokratik dəyərlər sistemi, dövlət quruculuğu ənənəsi  bütün türk-müsəlman dünyasına verilən böyük töhfədir. Bu şərəfli tarixi bizlərə yaşatdığına görə Cümhuriyyət banilərinə sonsuz ehtiramımızı hər an sərgiləməliyik!’’

AXC tarixini araşdıran tədqiqatçı, tarix elmləri doktoru, professor, millət vəkili Anar İsgəndərov geniş təqdimatla çıxış edərək bir çox maraqlı faktları tədbir iştirakçıları ilə bölüşdü. ‘’Cəmi 23 ay ömür sürən AXC  tariximizə onlarla ilklər bəxş etdi. İstiqlal Bəyannaməsı siyasi sənəd kimi neçə millətlərə nümunə oldu,  11 fraksiyadan ibarət parlamentdə milli azlıqlara iştirak hüququ verildi, qadınlara seçki hüququ verildi, hər bir vətəndaşa milli sərvətlərdən istifadə təminatı verildi, ictimai xidmətlər hər kəs üçün əlçatan oldu!’’

Millət vəkili Hikmət Babaoğlu çıxış edərək bildirdi: ‘’Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycanın zəngin dövlət quruculuğu ənənəsi var. Xalq Cümhuriyyətinin siyasi varisi olaraq, 23 ayda yarımçıq qalmış ideyaları bu gün müstəqil Azərbaycan dövləti uğurla həyata keçirməkdədir’’.

Daha sonra çıxış edən Türkiyə Respublikasının Azərbaycandakı səlahiyyətli və fövqəladə səfiri cənab Erkan Özoral və Türk Dövlətlərinin Parlamentlər Birliyinin Xarici Əlaqələr üzrə Baş koordinatoru, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hülusi Kılıc Azərbaycan xalqını Cümhuriyyət günü münasibəti ilə təbrik edərək bir millət, iki dövlət devizinin önəmindən irəli gələn əzəli və əbədi qardaşlıqdan danışdılar. 

Vebinarın 2-ci hissəsində şanlı tariximizin gənc nəsilə aşılanması istiqamətində aparılan işlərdən söhbət açıldı. Bu dəfəki tədbirə qoşulan Ankara Ali Kuşçu adına ibtidai məktəbinin 3-cü sinif şagirdləri dahi Azərbaycan şairləri Səməd Vurğunun və Məmməd Arazın şeirlərindən ibarət maraqlı kompazisiya ilə çıxış edərək Azərbaycan xalqını bayrammünasibəti ilə təbrik etdilər. Tədbirdə həmçinin SOCAR AQŞ-də çalışan işçilərin övladları arasında keçirilən ‘’Şanlı Cümhuriyyətim mənim!’’ adlı rəsm müsabiqəsinin qaliblərinin əl işlərinin virtual nümayişi keçirildi.

Tədbirin sonunda yekun nitqi söyləyən Baş direktor Ramin İsayev bildirdi ki, bugünkü təqdimatlar sübut edir ki, 28 maytarixi doğrudan da bütün bayramlarımızın zirvəsində yer alan qəhrəmanlıq salnaməsidir və İnsanlara Hürriyyət, Millətlərə İstiqlal maarifçi-insanpərvər dünyagörüşü ilə millətimizi inkişafa doğru aparır. Biz əminik ki, ‘’Bir daha yüksələn bayraq bir daha enməyəcəkdir!’’.

Tags: SOCAR-AQS

Eyni kateqoriyadan Digər materiallar

“SOCAR AQŞ” məzunlar üçün karyera imkanları yaratmaqda davam edir
Azərbaycan

“SOCAR AQŞ” məzunlar üçün karyera imkanları yaratmaqda davam edir

19/10/2022
SOCAR AQŞ cənubi Xəzər hövzəsində ilk çoxşaxəli quyunu qazıb
Azərbaycan

SOCAR AQŞ cənubi Xəzər hövzəsində ilk çoxşaxəli quyunu qazıb

08/04/2021
“SOCAR AQŞ” jurnalist müsabiqəsinə material qəbulunu davam etdirir
Azərbaycan

SOCAR AQŞ-nin keçirdiyi jurnalist müsabiqəsinin qalibləri məlum oldu

22/07/2020
“SOCAR AQŞ” jurnalist müsabiqəsinə material qəbulunu davam etdirir
Azərbaycan

“SOCAR AQŞ” jurnalist müsabiqəsinə material qəbulunu davam etdirir

14/07/2020
SOCAR AQŞ пробурила в истории Госнефтекомпании самую глубокую скважину
Azərbaycan

SOCAR AQŞ “Gücümüz birliyimizdədir” sosial çarxını təqdim etdi

01/06/2020
“Ümid” yatağında ilk dəfə qazmaya əməliyyat şirkəti başçılıq edir
Azərbaycan

“Ümid” yatağında ilk dəfə qazmaya əməliyyat şirkəti başçılıq edir

05/05/2020
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.