Çərşənbə axşamı, İyun 9, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Dənizdə külək enerjisinin inkişafı üzrə Yol Xəritəsi hazırlanacaq

29/04/2020
Dənizdə külək enerjisinin inkişafı üzrə Yol Xəritəsi hazırlanacaq
3
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişafı üzrə əməkdaşlıq çərçivəsində Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayəndələrinin iştirakı ilə onlayn seminar  keçirilib. Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəyi ilə “Azərbaycanda dənizdə külək enerjisinin inkişaf etdirilməsi üzrə Yol Xəritəsi”nin hazırlanması ilə əlaqədar müzakirələr aparılıb. Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov bildirib ki, Yol Xəritəsinin hazırlanmasında məqsəd dənizdə və sahilyanı ərazilərdə külək enerjisinin potensialı, şəbəkəyə qoşulma imkanları, ətraf mühit və sosial təsirlərin qiymətləndirilməsi əsasında gələcəkdə hərraclara çıxarıla biləcək potensial zonaların müəyyənləşdirilməsidir.   

Qurumla Energetika Nazirliyi arasında enerji sektorunda bazar münasibətlərinə mərhələli keçidin və bərpa olunan enerji sahəsinin inkişafının təmin edilməsi istiqamətlərində əməkdaşlıqdan məmnunluq ifadə edilib. Dünya Bankı Qrupunun dünyada dənizdə külək enerjisinin bazarları, bu enerjidən istifadəyə dair təcrübələri, 2030-cu ilədək proqnozları və bu sahənin inkişafına dəstəyi əks etdirən təqdimatı nümayiş olunub.

Bildirilib ki, “Azərbaycanda dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə Yol Xəritəsi”nin hazırlanması prosesi coğrafi məkan xəritələrinin tərtib olunması, zonaların müəyyənləşdirilməsi, iqtisadi, maliyyə, ekoloji və sosial aspektlərdə təhlillərin aparılması, təsirlərin qiymətləndirilməsi, icazə və razılıqların verilməsi, normativ hüquqi bazanın yaradılması, ötürmə sisteminin yenilənməsi, təchizat zəncirinin öyrənilməsi kimi məsələləri əhatə edəcək. Dənizdə külək enerjisindən istifadə yeni iş yerləri, həmçinin ölkə iqtisadiyyatına əlavə dəyər qazandıran imkanlar yardacaq. Layihə üzrə işlərə cari ilin iyun ayında başlanması, dekabrda missiyanın Azərbaycana səfəri və Yol Xəritəsinin gələn ilin fevralında yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd olunub ki, Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə hazirlanacaq Yol Xəritəsi Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə və Paris Sazişi üzrə 2030-cu ilə qədər atmosferə atılan istixana qazlarını 35% azaltmaq öhdəliyinin icrasına da töhfə verəcək.

Tags: Dənizdə külək enerjisiEnergetika nazirliyi

Eyni kateqoriyadan Digər materiallar

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib
Azərbaycan

Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib

30/07/2024
Azərbaycan Dünya Bankı ilə yaşıl enerji layihələrinin maliyyələşdirilməsini müzakirə edib
Yaşıl enerji

Azərbaycan Dünya Bankı ilə yaşıl enerji layihələrinin maliyyələşdirilməsini müzakirə edib

20/02/2024
Запущена вторая линия электропередачи из Туркменистана в Иран
Azərbaycan

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti

25/12/2023
2050-ci ilədək hidrogen dünya enerji istehlakının 10%-dən çoxunu əhatə edə bilər
Azərbaycan

Energetika nazirliyi hidrogen enerjisi sahəsində pilot layihələr həyata keçirməyi planlaşdırır

06/11/2023
Pərviz Şahbazov Almaniya şirkətləri ilə enerji tərəfdaşlığını müzakirə edib
Azərbaycan

Pərviz Şahbazov Almaniya şirkətləri ilə enerji tərəfdaşlığını müzakirə edib

28/03/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.