Bazar, Sentyabr 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR AQŞ-nin dəstəyi ilə Bakı Qazma Məktəbi fəaliyyətə başlayır

21/12/2019
Baku Drilling School begins its activities with the support of SOCAR AQS
26
BAXIŞ
Share on FacebookShare on Twitter

Dekabrın 20-də Bakıda Xəzər Hövzəsi regionunun ən müasir Qazma Təlim Mərkəzi hesab edilən – Baku Drilling School açılıb.

Caspian Barrel-ə SOCAR AQŞ-dən verilən məlumata görə, Baku Drilling School ən innovativ qazma simulyatorları və beynəlxalq təcrübəyə malik mütəxəssisləri ilə regionda peşəkar qazma heyətinin yetişdirilməsində önəmli rol oynayacaq.

Neft-qaz sənayesinin müxtəlif sahələrinə dair 40-dan çox təlim proqramlarını təklif edən Baku Drilling School regionda Quyuya Nəzarət Beynəlxalq Forumu (IWCF), Qazma Podratçılarının Beynəlxalq Assosiasiyası (İADC) və Dənizdə Neft Sənayesi Təlim Təşkilatı (OPİTO) kimi nüfuzlu təsisatların akkreditasiyalarını əldə etmiş ilk təlim mərkəzidir.

Baku Drilling School-da yaradılmış innovativ maddi-texniki baza gənc mütəxəssislərin nəzəri və təcrübi biliklərinin vəhdətinə önəmli töhfə verərək müasir tələblərə cavab verən kadrların yetişdirilməsində əvəzsiz rol oynayacaq.

Belə ki, dünyanın ən son çoxfunksional simulyatoru hesab edilən Endeavor XI Platinum dinamik simulyatoru Qzma Təlim mərkəzində quraşdırılıb. Endeavor XI Platinum simulyatoru layın geofiziki və geoloji xüsusiyyətlərini öncədən proqramlaşdıraraq quyuların qazılması zamanı baş verə biləcək mürəkkəbləşmələri və riskləri öncədən proqnozlaşdmaqda və qarşısını almaqda mütəxəssislərə unikal təcrübə imkanı yaradır. Təlim iştirakçıları simulyatorun geniş imkanlarından yararlanaraq GeoCube modelinin 3D formatı vasitəsilə istənilən qazma qurğusunu və quyuları əhatəli təsvir və idarə edə bilir. Əldə olunmuş təcrübə sayəsində gənc kadrlar həm peşəkarlıq, həm də psixoloji baxımdan real qazma şəraitindəki tapşırıqların öhdəsindən uğurla gəlmək iqtidarında olurlar.

SOCAR AQŞ-nin Baş direktoru Ramin İsayev bildirib:’’ SOCAR AQŞ Baku Drilling School-u təsis etməklə regionun neft-qaz sənayesində səriştəli kadrların yetişdirilməsinə özünəməxsus töhfəsini verir. Ən son simulyator texnikasını və peşəkar təlimçiləri cəlb etməklə biz, regionda rəqabətədavamlı təsisatların da təşəkkül tapmasına dəstək veririk. Ümidvaram ki, Baku Drilling School tezliklə dünyada fəaliyyət göstərən digər təlim mərkəzləri arasında öz layiqli yerini tutacaq və Azərbaycan qazmaçılarının öncül rolunun dünyada tanınmasına xidmət edəcək!’’

 ‘’Baku Drilling School’’ MMC-nin direktoru, İWCF-nun Avropa filialının sədr müavini Nəriman Müstafayev bildirib: ‘’Bakıda ən müasir Təlim Mərkəzinin açılmasından qurur duyuram.. 173 illik zəngin neft tarixinə malik Bakı öz şöhrəti ilə Baku Drilling School-a böyük stimul verir. Mərkəzin yaradılmasında bilavasitə böyük rolu olan SOCAR AQŞ isə yenilikçiliyi və öncüllüyü ilə bizə nümunədir. Əminəm ki, biz keyfiyyətli təlim proqramlarımızla və uğurlu fəaliyyətimizlə bu etimadı doğruldacağıq!”.

Qeyd edək ki, Baku Drilling School-un açılış mərasimində yerli və beynəlxalq neft-qaz sənayesinin nüfuzlu təmsilçiləri iştrak ediblər.

Tədbirdə ‘’Baku Drilling School’’ MMC ilə Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransa Universiteti və Azərbaycan Texniki Universiteti arasında potensial əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb.

Tags: Baku Drilling SchoolSOCAR-AQS

Eyni kateqoriyadan Digər materiallar

“SOCAR AQŞ” məzunlar üçün karyera imkanları yaratmaqda davam edir
Azərbaycan

“SOCAR AQŞ” məzunlar üçün karyera imkanları yaratmaqda davam edir

19/10/2022
SOCAR AQŞ cənubi Xəzər hövzəsində ilk çoxşaxəli quyunu qazıb
Azərbaycan

SOCAR AQŞ cənubi Xəzər hövzəsində ilk çoxşaxəli quyunu qazıb

08/04/2021
“SOCAR AQŞ” jurnalist müsabiqəsinə material qəbulunu davam etdirir
Azərbaycan

SOCAR AQŞ-nin keçirdiyi jurnalist müsabiqəsinin qalibləri məlum oldu

22/07/2020
“SOCAR AQŞ” jurnalist müsabiqəsinə material qəbulunu davam etdirir
Azərbaycan

“SOCAR AQŞ” jurnalist müsabiqəsinə material qəbulunu davam etdirir

14/07/2020
SOCAR AQŞ пробурила в истории Госнефтекомпании самую глубокую скважину
Azərbaycan

SOCAR AQŞ “Gücümüz birliyimizdədir” sosial çarxını təqdim etdi

01/06/2020
SOCAR AQŞ-nin 28 May gününə töhfəsi
Azərbaycan

SOCAR AQŞ-nin 28 May gününə töhfəsi

31/05/2020
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.