Cümə, Oktyabr 9, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR AQŞ BMT-nin Qlobal Sazişi üzrə lider elan olunmuş ilk Azərbaycan şirkətidir

27/09/2019
SOCAR AQŞ BMT-nin Qlobal Sazişi üzrə lider elan olunmuş ilk Azərbaycan şirkətidir
13
BAXIŞ
Share on FacebookShare on Twitter

SOCAR AQŞ-yə verilən bu qiymət şirkətin BMT-nin Qlobal Sazişi və onun on korporativ sosial məsuliyyət  prinsiplərini  davamlı yerinə yetirdiyinin göstəricisidir

SOCAR AQŞ BMT-nin Qlobal Saziş və sosial məsuliyyət sahəsində qəbul olunmuş 10 prinsipinə uyğunlaşdırılmış biznes fəaliyyətinə əsasən Qlobal Saziş Lideri elan edilib. BMT-nin Nyu Yorkda keçirilən Qlobal Saziş Liderləri həftəsində SOCAR AQŞ dünyanın aparıcı korporativ təşəbbüskarları arasında ən fəal iştirakçı kimi dəyərləndirilib,  dünyanın aparıcı korporativ təşəbbüskar şirkəti seçilib.

BMT-nin Qlobal Sazişinin icraçı direktoru Layz Kinqo deyib: “Lider şirkətlər BMT-nin Qlobal Sazişi çərçivəsində yüksək səviyyədə əməkdaşlıq nümayiş etdirirlər. Bugünkü tədbirdə təqdir olunan və dayanıqlı korporativ inkişafını təkmilləşdirən şirkətlərin timsalında müxtəlif sahədə və səviyyələrdə fəaliyyət göstərən tərəfdaşların birgə əməkdaşlığına böyük ehtiyac duyulur. Biz, bu sahədə atılan addmlarla daha yaxşı dünya qurmağa nail ola bilərik”.

SOCAR AQŞ-nin Baş direktoru Ramin İsayev isə bildirib: “SOCAR AQŞ BMT-nin Qlobal Sazişi üzrə lider şirkət seçilməyindən məmnunluq duyur. Şirkətimiz  2008-ci ildə fəaliyyətə başladığı  gündən bəri yeni, daha məhsuldar  iş yerləri açmaqla, insan kapitalının inkişafına töhfə verməklə və ətraf mühitin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirməklə dayanıqlı inkişafa dəstək verməkdədir. BMT-nin Qlobal Sazişi üzrə Lider şirkət kimi dayanıqlı inkişaf prinsip və məqsədlərinin korporativ strategiyamızda yer alması digər şirkətlərlə əməkdaşlıq və müasir texnologiyaların tətbiqi sahəsində yeni fürsətlər yaradacaq. Qlobal Məqsədlərin tələblərinə riayət etməyimiz şirkətimizin gələcəyi üçün səciyyəvi rol oynayacaq!”

Qeyd edək ki, BMT-nin Qlobal Sazişinin Lider şirkəti təşkilatın Qlobal Sazişi qarşısındakı öhdəliyini nümayiş etdirmək üçün təşkilatın Fəaliyyət Platformalarından ən azı ikisində iştirak edən, təşkilatın 10 prinsipinə və Qlobal Məqsədlərinə uyğun olan qabaqcıl təcrübələrini müəyyənləşdirərək həyata keçirən, bu prinsiplərin reallaşdırılması ilə bağlı ətraflı hesabat təqdim edən şirkətlər arasından seçilir.

SOCAR AQŞ BMT-nin Qlobal Sazişi qarşısındakı öhdəliyini ‘’Davamlı İnkişaf Məqsədləri’’ və ‘’Beynəlxalq Təchizat Zəncirində Düzgün İş’’ fəaliyyət platformalarında iştirak etməklə nümayiş etdirib. Qlobal Sazişin hər bir fəaliyyət platforması şirkətləri, yerli Saziş şəbəkələrini, aparıcı mütəxəssisləri, vətəndaş cəmiyyətlərini, hökumətləri və BMT tərəfdaşlarını mürəkkəb və aidiyyatı məsələləri həll etməyə və Davamlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində innovativ yanaşma sərgiləməyə dəvət edir.

SOCAR AQŞ 2018-ci ilin noyabrından etibarən BMT-nin Qlobal Sazişinə qoşulub.

Müəssisənin səhmdarları SOCAR, Nobel Oil Services və Abşeron Qazma MMC-dir.

Tags: SOCAR-AQS

Eyni kateqoriyadan Digər materiallar

Maraqlı Xəbərlər

SOCAR Türkiyənin cənub-şərqində 4 neft quyusu qazacaq

25/08/2023
“Günəşli” yatağında daha bir quyunun qazma işləri başa çatıb
Azərbaycan

“Günəşli” yatağında daha bir quyunun qazma işləri başa çatıb

09/12/2021
Director of Large Drilling Company in Azerbaijan Replaced
Azərbaycan

SOCAR AQŞ MMC-yə yeni baş direktor təyin edilib – RƏSMİ

27/10/2020
“SOCAR-AQŞ”nin direktoru dəyişib
Azərbaycan

“SOCAR-AQŞ”nin direktoru dəyişib

27/10/2020
SOCAR AQŞ Beynəlxalq Akkreditasiyaya layiq görülüb
Azərbaycan

SOCAR AQŞ Beynəlxalq Akkreditasiyaya layiq görülüb

22/09/2020
Azərbaycanı tanıdan qazma şirkəti – SOCAR AQŞ
Azərbaycan

Azərbaycanı tanıdan qazma şirkəti – SOCAR AQŞ

02/09/2020
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.