Çərşənbə, Fevral 11, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR Türkiyədə qaz paylanma biznesinə start verdi

18/06/2019
SOCAR Türkiyədə qaz paylanma biznesinə start verdi
2
BAXIŞ
Share on FacebookShare on Twitter

Almaniyanın EWE şirkətinin Türkiyədəki törəmə müəssisələrinin SOCAR tərəfindən satın alınması prosesi yekunlaşıb.

Bu barədə SOCAR-ın məlumatında deyilir.

“EWE Turkey Holding”-ə aid olan Bursagaz, Kayserigaz, Enervis, EWE Enerji ve Millenicom’un SOCAR Türkiyə’yə satışı tamamlanıb. İyunun 17-də Türkiyədə müvafiq sənəd imzalanıb.

İmzalanma mərasimində SOCAR Türkiyə İdarə Heyətinin sədri Vaqif Əliyev, SOCAR Türkiyə icraçı direktoru Zaur Qəhrəmanov, EWE AG icraçı direktoru Stefan Dohler, EWE AG baş maliyyə inzibatçısı Wolfgang Mücher ilə iki şirkətin rəhbər şəxsləri qatılmışdır.

“2019-cu ilin yanvarında satınalma sənədləri imzalanan və hazırda bu məsələyə dair bütün razılıqların əldə olunduğu 5 şirkət bu gündən etibarən STAR neft emalı zavodu, TANAP, Petkim, “SOCAR Terminal” və Petkim Külək Enerjisi Stansiyasının (KES) da daxil olduğu “SOCAR Türkiyə”nin nəzdində fəaliyyət göstərəcək”, – deyə məlumatda bildirilir.

Vaqif Əliyev “Bursagaz” ve “Kayserigaz”ın qrupa daxil olması ilə Türkiyədəki təbii qaz dəyər zəncirinin tamamlandığını bildirmiş və əlavə etmişdir:  “12 ildir Türkiyəyə təbii qaz nəql edirik. 2013-cü ildən isə təbii qazın topdansatışını həyata keçiririk. Türkiyə və Azərbaycan dövlətlərinin ən mühüm layihəsi olan və təbii qaz nəqlini təmin edən TANAP layihəsinin ən böyük tərəfdaşıyıq. Bu gündən etibarən “Bursagaz” və “Kayserigaz”ı “SOCAR Türkiyə”nin strukturuna daxil edərək qazpaylanma sahəsində fəaliyyət göstərməyə başlayırıq. Bu böyük inteqrasiyadan meydana gələcək sinerjinin həm şirkətimiz, həm də iki qardaş ölkə iqtisadiyyatı üçün çox mühüm əhəmiyyət kəsb etdiyinə inanıram. Bizə yeni qoşulan əməkdaşlarımıza “SOCAR ailəsinə xoş gəlmisiniz” demək istəyirəm”. 

SOCAR cari ilin yanvar ayında “EWE A.G” enerji şirkətinin Türkiyədəki əməliyyatlarını idarə edən “EWE Turkey Holding”in və qrupa daxil olan şirkətlərin satın alındığını elan edib.

Türkiyə KİV-nin məlumatına görə, SOCAR tərəfindən “EWE Turkey Holding”in və “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom”un satın alınması üzrə sövdələşmənin dəyəri $140 mln. təşkil edir.

“EWE Turkey Holding” “Bursagaz” və “Kayserigaz” ilə Türkiyənin dördüncü ən iri təbii qaz tədarükçüsüdür.

Satın alınan şirkətlər arasında telekommunikasiya sektoruna aid “Millenicom”un da olduğunu xatırladan V. Əliyev bu şirkətin tikintisi TANAP ilə birlikdə davam edən 1.850 kilometrlik SOCAR Fiber layihəsi ilə sinerji yaradacağına əminliyini ifadə etmişdir.

Tags: BursagazKayserigazSOCAR Turkey

Eyni kateqoriyadan Digər materiallar

SOCAR-ın Türkiyədəki törəmə şirkətində yeni kadr təyinatı olub
Maraqlı Xəbərlər

SOCAR-ın Türkiyədəki törəmə şirkətində yeni kadr təyinatı olub

06/01/2022
“SOCAR Turkey”: “Azərbaycan Türkiyənin qaz ehtiyacının təqribən 12 %-ini təmin etmək gücündədir”
Maraqlı Xəbərlər

“SOCAR Turkey”: “Azərbaycan Türkiyənin qaz ehtiyacının təqribən 12 %-ini təmin etmək gücündədir”

30/11/2021
Zaur Qəhrəmanov: “SOCAR Turkey” ili yaxşı nəticələrlə başa vurur”
Maraqlı Xəbərlər

Zaur Qəhrəmanov: “SOCAR Turkey” ili yaxşı nəticələrlə başa vurur”

30/11/2021
Murat Lecompte: “SOCAR Turkey” pandemiya dövründə rəqəmsallaşmanın müsbət nəticələrini gördü
Azərbaycan

Murat Lecompte: “SOCAR Turkey” pandemiya dövründə rəqəmsallaşmanın müsbət nəticələrini gördü

18/06/2020
Z.Qəhrəmanov: “TANAP-ın Azərbaycan iqtisadiyyatına verdiyi töhfəni çox qısa zamanda görəcəyik”
Azərbaycan

Z.Qəhrəmanov: “TANAP-ın Azərbaycan iqtisadiyyatına verdiyi töhfəni çox qısa zamanda görəcəyik”

07/08/2019
Petkim bazar payını 30%-ə çatdırmağı hədəfləyir
Azərbaycan

“Petkim”in 2017-ci ildəki fəaliyyətindən SOCAR nə qazanıb?

02/04/2018
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.