Bazar, May 17, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“SOCAR Turkey”: “Azərbaycan Türkiyənin qaz ehtiyacının təqribən 12 %-ini təmin etmək gücündədir”

30/11/2021
“SOCAR Turkey”: “Azərbaycan Türkiyənin qaz ehtiyacının təqribən 12 %-ini təmin etmək gücündədir”
7
BAXIŞ
Share on FacebookShare on Twitter

Noyabrın 26-na olan vəziyyətə görə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyəyə 13,4 milyard kubmetr qaz nəql edilib.

“Report” xəbər verir ki, bunu “SOCAR Turkey” şirkətinin Baş icraçı direktoru Zaur Qəhrəmanov şirkətin İstanbuldakı ofisində Azərbaycanın mətbuat nümayəndələri ilə görüşündə bildirib.

“Azərbaycan TANAP vasitəsilə Türkiyənin təbii qaz ehtiyacının təqribən 12 faizini təkbaşına təmin etmək gücünə sahibdir. 2018-ci ilin 30 iyunundan 2021-ci ilin 26 noyabrınadək TANAP-dan Türkiyəyə ötürülən ümumi təbii qaz miqdarı 13,4 milyard kubmetrə çatdı”, – deyən şirkət rəhbəri qeyd edib ki, Azərbaycan 2020-ci ilin 31 dekabrından etibarən Avropaya ilk ticari qazının tədarükünə başlayıb: “2021-ci ilin yanvar ayından 26 noyabr tarixinədək Avropaya 7,09 milyard kubmetr təbii qaz ötürülüb”.

Xatırladaq ki, Azərbaycan qazı Türkiyəyə Xəzərdəki “Şahdəniz” yatağından TANAP (30 iyun 2018-ci il tarixindən etibarən) və Cənubi Qafqaz boru kəməri (Bakı – Tbilisi – Ərzurum; 2007-ci ildən etibarən) vasitəsilə nəql edilir. Azərbaycan qazının Türkiyədən Avropaya nəql edildiyi 878 km-lik TAP (Trans-Adriatik Qaz Boru Kəməri) Yunanıstan – Türkiyə sərhədi yaxınlığındakı Kipoy qəsəbəsində TAP-dan ayrılaraq Yunanıstan, Albaniya ərazisindən, Adriatik dənizinin dibindən İtaliyanın cənub hissəsinə çatır.

Azərbaycan qazının Avropaya tədarükünə başlandığı 31 dekabr 2020-ci il tarixindən etibarən TAP vasitəsilə 10,9 milyon kubmetr qaz nəql edilib.

Bundan əlavə TAP Cənub-Şərqi Avropa ölkələrinə də interkonnektorlar vasitəsilə qaz tədarükünü həyata keçirə bilər. Məsələn, Bolqarıstan TAP vasitəsilə qaz tələbatının 33 faizini təhlükəsiz şəkildə qarşılaya bilər. Yunanıstan, Albaniya, İtaliya ərazisində olan kəmərin çıxış nöqtələri Avropanın başqa ölkələrinə də Azərbaycan təbii qazının tədarükü üçün imkan yaradır.

Tags: SOCAR TurkeyZaur Qəhrəmanov

Eyni kateqoriyadan Digər materiallar

Türk Şurası “SOCAR Türkiyə”yə İnvestisiya Mükafatını təqdim edib
Azərbaycan

“SOCAR Turkiye Enerji” şirkətinə yeni rəhbər təyin edilib

22/02/2023
SOCAR-ın Türkiyədəki törəmə şirkətində yeni kadr təyinatı olub
Maraqlı Xəbərlər

SOCAR-ın Türkiyədəki törəmə şirkətində yeni kadr təyinatı olub

06/01/2022
Zaur Qəhrəmanov: “SOCAR Turkey” ili yaxşı nəticələrlə başa vurur”
Maraqlı Xəbərlər

Zaur Qəhrəmanov: “SOCAR Turkey” ili yaxşı nəticələrlə başa vurur”

30/11/2021
“Petkim” qlobal  ESG dəyərləndirilməsində 206 şirkət arasında 8-ci oldu
Azərbaycan

“Petkim” qlobal ESG dəyərləndirilməsində 206 şirkət arasında 8-ci oldu

11/10/2021
Murat Lecompte: “SOCAR Turkey” pandemiya dövründə rəqəmsallaşmanın müsbət nəticələrini gördü
Azərbaycan

Murat Lecompte: “SOCAR Turkey” pandemiya dövründə rəqəmsallaşmanın müsbət nəticələrini gördü

18/06/2020
Z.Qəhrəmanov: “TANAP-ın Azərbaycan iqtisadiyyatına verdiyi töhfəni çox qısa zamanda görəcəyik”
Azərbaycan

Z.Qəhrəmanov: “TANAP-ın Azərbaycan iqtisadiyyatına verdiyi töhfəni çox qısa zamanda görəcəyik”

07/08/2019
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.