Cümə, Dekabr 5, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Energetika Nazirliyi və “Total” Memorandum imzalayıb

05/02/2019
Energetika Nazirliyi və “Total” Memorandum imzalayıb
5
BAXIŞ
Share on FacebookShare on Twitter

Energetika Nazirliyi və Fransanın “Total Eren” şirkəti arasında Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Nazirlikdən Caspian Barrel-ə verilən məlumata görə, sənədi energetika nazirinin müavini Elnur Soltanov və “Total Eren” şirkətinin Qafqaz ölkələrində biznesin inkişafı üzrə direktoru Emmanuel Terroir imzalayıb.

Anlaşma Memorandumu Azərbaycanda bərpa olunan enerji layihələrinə investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üçün əməkdaşlığı nəzərdə tutur.

E. Soltanov “Total” şirkəti ilə karbohidrogen sənayesində əməkdaşlıq əlaqələri, həyata keçirilən layihələrdən bəhs edib və bu təcrübənin bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıqla daha da zənginləşəcəyini söyləyib. Nazir müavini ölkəmizin bərpa olunan enerji potensialı barədə ətraflı məlumat verib və bildirib ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə külək, günəş və bioenerji üzrə 420 MVt yeni generasiya gücünün istifadəyə verilməsi əsas hədəflərdən biridir. Bu hədəfə nail olmaq üçün bərpa olunan enerji sahəsi üzrə qanunvericilik bazası yaradılır, özəl investisiyaların cəlbi mexanizmləri müəyyənləşdirilir və bu işlərdə qabaqcıl təcrübəyə malik beynəlxalq enerji şirkətləri, maliyyə təşkilatları ilə əməkdaşlıq edilir: “Bu gün imzalanan bu sənəd “Total” şirkəti ilə əməkdaşlıqda yeni səhifə açmaqla bərabər, bərpa olunan enerjinin enerji istehsalında payının artrılması prosesinə töhfə verəcəkdir”-deyə nazir müavini əlavə edib.

“Total” şirkətinin ölkə üzrə direktoru D. Lemarşal Azərbaycanla enerji sahəsində uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirib. Bildirilib ki, “Total Eren” bərpa olunan enerji layihələrinin, xüsusən külək və fotovoltaik elektrik stansiyalarının inkişafı, maliyyələşdirilməsi və istismarı üzrə ixtisaslaşıb. Anlaşma Memorandumu şirkətin Azərbaycanda yaşıl enerjinin inkişafı sahəsində maraqlarını reallaşdırmağa imkan yaradacaq.

Tags: Energetika nazirliyiTotal

Eyni kateqoriyadan Digər materiallar

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib
Azərbaycan

Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib

30/07/2024
Azərbaycan Dünya Bankı ilə yaşıl enerji layihələrinin maliyyələşdirilməsini müzakirə edib
Yaşıl enerji

Azərbaycan Dünya Bankı ilə yaşıl enerji layihələrinin maliyyələşdirilməsini müzakirə edib

20/02/2024
Запущена вторая линия электропередачи из Туркменистана в Иран
Azərbaycan

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti

25/12/2023
2050-ci ilədək hidrogen dünya enerji istehlakının 10%-dən çoxunu əhatə edə bilər
Azərbaycan

Energetika nazirliyi hidrogen enerjisi sahəsində pilot layihələr həyata keçirməyi planlaşdırır

06/11/2023
Pərviz Şahbazov Almaniya şirkətləri ilə enerji tərəfdaşlığını müzakirə edib
Azərbaycan

Pərviz Şahbazov Almaniya şirkətləri ilə enerji tərəfdaşlığını müzakirə edib

28/03/2023
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
Azərbaycan

“Ümid” yatağından hasil edilən qaz və kondensatın həcmi açıqlanıb

24/11/2025
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
Azərbaycan

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24/11/2025
Azərbaycan

SOCAR son 8 ilin ən yüksək BB reytinqini əldə edib

16/11/2025
Azərbaycan

Azərbaycanda külək enerjisinin istehsalı 61 %-dən çox artıb

16/11/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.