Cümə, Dekabr 5, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR və “KazMunayQaz” arasında memorandum imzalanıb

28/01/2019
«КазМунайГаз» и SOCAR подписали Меморандум о сотрудничестве
6
BAXIŞ
Share on FacebookShare on Twitter

SOCAR Qazaxıstan şirkətinin üzən qazma qurğusunu öz layihələrində istifadə etməyi planlaşdırır

“KazMunayQaz”ın “Sətti” üzən qazma qurğusu modernləşdirilərək SOCAR-ın layihələrində istifadə olunacaq

Bakıda SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Qazaxıstanın “KazMunayQaz” Milli Şirkəti Səhmdar Cəmiyyyətinin sədri Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirillib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, Qazaxıstan nümayəndə heyətində həmçinin “KazMunaqQaz” MŞ-nin İdarə Heyətinin sədrinin Kəşfiyyat, hasilat və neft xidmətləri üzrə müavini Qurmanqazı İskaziyev və “Kaztransoyl” Səhmdar Cəmiyyətinin baş direktoru Dimaş Dosanov, “Kazmortransflot” Milli Dəniz Daşıma Şirkətinin baş direktoru Marat Ormanov təmsil olunublar. 

Görüşdə neft-qaz sənayesinin bütün sahələri üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub, birgə iş planı barədə fikir mübadiləsi aparılıb. Daha sonra SOCAR və “KazMunayQaz” şirkətlərinin rəhbər şəxsləri anlaşma memorandumu imzalayıblar.

Memorandum şirkətlər arasında geniş əməkdaşlıq perspektivlərini, o cümlədən daşıma və ticarət əməliyyatları sahəsində, Xəzər dənizində geoloji kəşfiyyat işlərində, karbohidrogen xammalının kəşfiyyatı üzrə geoloji-geofiziki materialların birgə öyrənilməsi ilə bağlı imkanların müəyyənləşdirilməsini əhatə edir. Memorandum çərçivəsində atılacaq ilk konkret addım olaraq, “KazMunayQaz” şirkətinə məxsus “Sətti” üzən qazma qurğusunun Bakıya gətirilərək burada modernləşdirilməsi və daha sonra Xəzər dənizinin Azərbaycan sektorunda SOCAR-ın layihələrində qazma işlərinin aparılması nəzərdə tutulur. 

Görüş çərçivəsində, həmçinin SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ilə Qazaxıstanın “Kazmortransflot” LLP (NMSC) Milli Dənizçilik Loqistika Şirkəti arasında karbohidrogen resurslarının nəqli sahəsində əməkdaşlıq perspektivləri ilə bağlı niyyət protokolu imzalanıb.

Rəsmi görüş və müzakirədən sonra qonaqlar “SOCAR Tower”də Azərbaycanın qədim neft tarixini və yeni neft strategiyasının uğurla reallaşdırılmasını özündə əks etdirən interaktiv neft sərgisi ilə tanış olublar. 

Qeyd edək ki, ”KazMunayGaz” Milli Şirkəti Qazaxıstan dövlətinin neft və qaz sənayesində maraqlarını təmsil edən, karbohidrogenlərin kəşfiyyatı, istehsalı, emalı və nəqlini həyata keçirən milli operatordur. Şirkət 2002-ci ildə yaradılıb, onun tərkibində 190-dan çox təşkilat birləşib. ”KazMunayGaz”ın səhmdarları ”Samruk-Kazyna” Milli Sərvət Fondu (90%) və Qazaxıstan Respublikasının Milli Bankıdır (10%).

Tags: KazMunayQazSOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
SOCAR launches first fast charging station for electric trucks in Switzerland
Azərbaycan

SOCAR son 8 ilin ən yüksək BB reytinqini əldə edib

16/11/2025
Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq
Azərbaycan

Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq

30/07/2025
2022-ci ildə SOCAR-ın gəlirləri 54%, xalis mənfəəti 4,5 dəfə artıb
Azərbaycan

SOCAR 2024-cü il üzrə maliyyə hesabatını ictimailəşdirib

08/07/2025
“La Repubblica”: Azərbaycan İtaliyadakı neft emalı zavoduna maraq göstərir
Azərbaycan

“La Repubblica”: Azərbaycan İtaliyadakı neft emalı zavoduna maraq göstərir

27/05/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
Azərbaycan

“Ümid” yatağından hasil edilən qaz və kondensatın həcmi açıqlanıb

24/11/2025
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
Azərbaycan

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24/11/2025
Azərbaycan

SOCAR son 8 ilin ən yüksək BB reytinqini əldə edib

16/11/2025
Azərbaycan

Azərbaycanda külək enerjisinin istehsalı 61 %-dən çox artıb

16/11/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.