Çərşənbə axşamı, Aprel 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Türkmənistan və Avropa Komissiyası Transxəzər qaz kəmərinin tikintisi məsələlərini müzakirə ediblər

24/10/2018
Elmar Məmmədyarov: Transxəzər qaz kəmərinin çəkilməsi Türkmənistandan asılıdır
3
BAXIŞ
Share on FacebookShare on Twitter

Türkmənistan nümayəndə heyəti Avropa Komissiyasının təmsilçiləri ilə Transxəzər qaz kəmərinin tikintisi məsələlərini müzakirə edib.

AZƏRTAC “TDH” dövlət informasiya agentliyinə istinadla xəbər verir ki, Brüsseldə keçirilən müzakirələr zamanı Türkmənistan nümayəndə heyəti Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçlə danışıqlar aparıb, həmçinin Avropa Komissiyasının enerji məsələləri üzrə baş direktorluğunun nümayəndələri ilə işgüzar görüş keçirib. Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Muradgəldi Meredov oktyabrın 22-də təşkil olunan videoselektor müşavirəsində səfərin yekunları barədə Türkmənistanın dövlət başçısına məlumat verib.

M.Meredov bildirib ki, aparılan danışıqlarda Türkmənistan ilə Avropa İttifaqı (Aİ) arasında energetika sahəsində əməkdaşlıq, tərəfdaşlığın hüquqi bazasının modernləşdirilməsi, Transxəzər qaz kəmərinin tikintisi layihəsinin reallaşdırılması məsələləri müzakirə edilib. Görüşdə Xəzər İnkişaf Korporasiyasının (CDC) fəaliyyət prinsiplərinin bundan sonra da təkmilləşdirilməsi, bu enerji layihəsinin həyata keçirilməsi üzrə işçi qrupunun danışıqlarının davamı, o cümlədən iqtisadi, ekoloji və kommersiya məsələlərinə də toxunulub.

Görüşlərdə Aİ nümayəndələri Transxəzər qaz kəmərinin tikintisinə və Türkmənistan təbii qazının Avropa bazarlarına tədarükünə böyük maraq göstəriblər.

Avropa İttifaqının danışıqlarda iştirak edən nümayəndələri Prezident Qurbanqulu Berdiməhəmmədovun həm Türkmənistanın milli maraqlarına cavab verməsi, həm də qitənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm hesab etdiyi bu layihənin reallaşdırılmasına sərmayələrin cəlb edilməsində kömək etməyə hazır olduqlarını bildiriblər.

Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın qəbul edilməsi sayəsində Xəzər dənizi vasitəsilə qaz kəmərinin çəkilməsinin zəruri hüquqi bazası yaradılıb. İndi bu qaz kəmərinin çəkilməsi üçün yalnız layihənin iştirakçı tərəflərinin razılığı və yüksək beynəlxalq standartlara cavab verən ekoloji ekspertiza tələb olunur.

Transxəzər qaz kəməri layihəsi ildə 30 milyard kubmetr həcmində Türkmənistan təbii qazını ən azı 30 il müddətinə Xəzər dənizinin Türkmənistan sahillərindən ötürülməklə Avropa bazarlarına tədarükünü nəzərdə tutur.

Tags: Avropa KomissiyasıTransxəzər Qaz Kəməri

Eyni kateqoriyadan Digər materiallar

Avropa ənənəvi enerjidən ifrat dərəcədə asılıdır – BƏYANAT
Maraqlı Xəbərlər

Avropa ənənəvi enerjidən ifrat dərəcədə asılıdır – BƏYANAT

25/10/2021
Avropa Komissiyası TAP-ın istismarına başlanılmasını alqışlayır
Azərbaycan

Avropa Komissiyası TAP-ın istismarına başlanılmasını alqışlayır

07/12/2020
Avropa Parlamenti “Cənub Qaz Dəhlizi”ni dəstəkləyib
Türkmənistan

Avropa İttifaqı Transxəzər qaz kəmərinə investisiya cəlb etməyə hazırdır

23/10/2018
Elmar Məmmədyarov: Transxəzər qaz kəmərinin çəkilməsi Türkmənistandan asılıdır
Türkmənistan

Elmar Məmmədyarov: Transxəzər qaz kəmərinin çəkilməsi Türkmənistandan asılıdır

17/10/2018
Avropa Komissiyası TANAP-a €5 mln. qrant ayırıb
Azərbaycan

Avropa Komissiyası TANAP-a €5 mln. qrant ayırıb

31/07/2018
Mırat Arçayev: Transxəzər Qaz Kəməri layihəsi gündəlikdən çıxarılmayıb
Türkmənistan

Mırat Arçayev: Transxəzər Qaz Kəməri layihəsi gündəlikdən çıxarılmayıb

23/05/2018
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.