«SOCAR-AQS» MMC və “KCA Deutag” beynəlxalq qazma şirkətinin təsis etdiyi birgə müəssisə “Turan” qazma və mühəndislik şirkətinin nizamnamə kapitalı 306 min avronu ötür.
“Turan” qazma və mühəndislik şirkətinin nizamnamə kapitalı 306,122 min avro təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan”agentliyinə Vergilər Nazirliyindən məlumat verilib.
“Turan” qazma və mühəndislik şirkəti «SOCAR-AQS» MMC və “KCA Deutag” beynəlxalq qazma şirkətinin təsis etdiyi birgə müəssisədir.
“Vergilər Nazirliyi 2018-ci il iyulun 25-də birgə müəssisəni 306,122 min avro məbləğində nizamnamə kapitaklı ilə qeydiyyata alıb”, – deyə məlumatda bildirilir.
Müəssisənin Müşahidə Şurası 6 nəfərdən ibarətdir, rəsmi nümayəndəsi Robert Petriedir.
Birgə müəssisə Bakı şəhərində fəaliyyət göstərəcək və Xəzər regionu və Mərkəzi Asiyada neft və qaz quyularının qazılması və injinirinqi üzrə xidmətlər göstərəcək.