Çərşənbə axşamı, Avqust 11, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Bakıda Azərbaycan, İran və Rusiyanın energetika nazirləri müavinlərinin görüşü keçirilib

26/04/2018
Bakıda Azərbaycan, İran və Rusiyanın energetika nazirləri müavinlərinin görüşü keçirilib
4
BAXIŞ
Share on FacebookShare on Twitter

Bu gün Azərbaycan Respublikasının Energetika Nazirliyində Azərbaycan, İran və Rusiya elektroenergetika sistemlərinin birləşdirilməsi məsələsinin müzakirəsi məqsədilə üç ölkənin energetika nazirləri müavinlərinin görüşü keçirilib.   

Məlum olduğu kimi, “Şimal-Cənub” enerji dəhlizinin yaradılması Azərbaycan, İran və Rusiya Prezidentlərinin Bakı və Tehran görüşlərində,  eləcə də bu ilin mart ayında İran İslam Respublikası Prezidentinin ölkəmizə səfəri çərçivəsində müzakirə edilib və elektroenergetika sahəsində əməkdaşlığın çoxtərəfli formatda inkişaf etdirilməsi üçün müvafiq göstərişlər verilib.

Eyni zamanda Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən elektrik enerjisinin ixrac bazarının genişləndirilməsi ilə bağlı tapşırıqlar verilib. Bu tapşırıqların icrası olaraq    12 aprel 2018-ci il tarixində “Azərenerji” ASC ilə “TAVANİR” şirkəti arasında İrana elektrik enerjisinin ixracını nəzərdə tutan müqavilənin imzalanmasından sonra belə bir görüşün keçirilməsi üç ölkənin elektroenergetika sistemlərinin birləşdirilməsi istiqamətində  atılan növbəti  addımlardan biridir.

Görüşdə çıxış edən Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov hər iki ölkə ilə enerji sahəsində əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətindən danışıb. Bildirilib ki, Azərbaycanın yerləşdiyi mövqe və həyata keçirdiyi enerji layihələri  sayəsində “Şərq-Qərb” enerji dəhlizinin yaradılması  təmin edilib. Bu dəhliz üzərindən artıq üç ildir ki,  Gürcüstan və Türkiyəyə elektrik enerjisi ötürülür. Azərbaycan, Rusiya və İran arasında elektrik enerjisinin ixracı sahəsində mövcud imkanlar “Şimal-Cənub” elektrik enerjisi dəhlizinin də formalaşdırılmasına şərait yaradır.

İranın energetika nazirinin müavini Humayun Hayeri Azərbaycan və Rusiya ilə elektroenergetika sistemlərinin birləşdirilməsi prosesinin icrası və başa çatmasında maraqlı olduqlarını vurğulayaraq deyib ki, hər üç ölkə elektrik enerjisinin mübadiləsi üçün  əlverişli imkanlara malikdir.

Rusiya Federasiyanın energetika nazirinin müavini Anatoli Yanovski də elektroenergetika sahəsində mövcud əməkdaşlığı yüksək dəyərləndirib və bu əməkdaşlığın üç ölkəni əhatə etməsi üçün konkret addımların atılmasının vacibliyini qeyd edib.

Sonra Azərbaycan, İran və Rusiya elektroenergetika sistemlərinin birləşdirilməsi üzrə üçtərəfli işçi qrupunun yaradılması, bu məsələ ilə əlaqədar 25 aprel 2014-cü il tarixli üçtərəfli Bakı görüşünün Protokolunun icrası, texniki-iqtisadi əsaslandırmanın işlənilməsi ilə bağlı texniki tapşırıqların razılaşdırılmasına dair müzakirələr aparılıb.

Hər tərəfdən 6 nəfərdən ibarət İşçi qrupunun yaradılması və cari ilin iyun ayında Moskvada görüşün keçirilməsi, üç ölkənin elektroenergetika sistemlərinin birləşdirilməsinin texniki iqtisadi əsaslandırılmasının (TİƏ)  texniki tapşırıqları, eləcə də TİƏ-nin birgə işlənməsi üzrə Saziş layihəsinin hazırlanması razılaşdırılıb.

Hər üç ölkənin enerji şirkətlərinin də iştirak etdiyi iclasın yekununda Protokol imzalanıb.

Tags: AzərenerjiEnergetika nazirliyiHumayun HayeriTAVANİR

Eyni kateqoriyadan Digər materiallar

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib
Azərbaycan

Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib

30/07/2024
Azərbaycan dəyər ifadəsində elektrik enerjisinin ixracını 51% artırıb
Azərbaycan

“AzərEnerji”nin 2024-ci ildə kapital qoyuluşunun 50% azalması gözlənilir

23/06/2024
Baku brings about creating renewable energy plants with Masdar
Azərbaycan

“Masdar” şirkəti ilə yaşıl enerji layihələri üzrə 3 müqavilələr imzalanıb

04/06/2024
Laçında kiçik su elektrik stansiyasının təməlqoyma mərasimi olub
Yaşıl enerji

Laçında kiçik su elektrik stansiyasının təməlqoyma mərasimi olub

04/06/2024
Запущена вторая линия электропередачи из Туркменистана в Иран
Azərbaycan

Azərbaycanda I rübdə 7,1 mlrd kVt/saatdan çox elektrik enerjisi istehsal edilib

23/04/2024
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.