Çərşənbə, Oktyabr 7, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

BP ilə Bakı Ali Neft Məktəbi “Mühəndislər üçün biznes təhsili” proqramına başlayıb

09/03/2018
12
BAXIŞ
Share on FacebookShare on Twitter

BP ilə SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) “Mühəndislər üçün biznes təhsili” proqramına başlayıb.

 AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Bildirilir ki, BANM-də “BP Azerbaijan”ın iştirakı və maliyyə dəstəyi ilə yerli mühəndislərin inkişafına töhfə olaraq “Mühəndislər üçün biznes təhsili” kursuna start verilib. Bu proqram Bakı Ali Neft Məktəbinin 5-ci kurs tələbələri üçün nəzərdə tutulur. BANM-dəki təhsil müddətində mühəndislik üzrə yüksək səviyyəli bilik və tətbiqi səriştəliklərə yiyələnmiş tələbələrə yeni proqram çərçivəsində həm də menecment və biznes sahəsində geniş bilgilər veriləcək. Bununla da gələcək məzunların müasir biznes mühitinə daha effektli inteqrə olunması üçün şərait yaradılacaq.

Yeni kursun əsas hədəfləri mürəkkəb biznes problemlərinin qiymətləndirilməsi və həllinə dair bilikləri aşılamaq, müasir idarəetmə və qərarların verilməsi üzrə metodiki yanaşmanı formalaşdırmaqdır. Beləliklə kursun tədris planı 8 əsas moduldan ibarət olacaq: təqdimat və ünsiyyət bacarıqları; layihələrin idarə edilməsi; vaxtın idarə edilməsi və səmərəliliyi; liderlik; risklərin idarə olunması; maliyyənin əsasları, büdcə və xərclərə nəzarət; insan resurslarının idarə edilməsinin əsasları və danışıqların aparılması bacarıqları.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib: “Bu gün BP şirkəti ilə tərəfdaşlığımız yeni mərhələyə daxil olur. Əminəm ki, Bakı Ali Neft Məktəbində həyata keçirilən bu layihə gənclərimiz üçün faydalı olacaq, onları daha da böyük uğurlara doğru aparacaq. Bakı Ali Neft Məktəbi SOCAR-ın ən uğurlu sosial layihələrindən biridir. Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan bu ali təhsil ocağı artıq texniki təhsilin avanqardına çevrilib, ölkə daxilində yeni standartın əsasını qoyub. Bu da ölkədəki digər təhsil müəssisələri üçün əlavə stimuldur və ölkə başçısının müəyyən etdiyi “neft kapitalının insan kapitalına çevrilməsi” istiqamətində təkanverici rol oynayır”.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib: “Azərbaycanda öz sosial sərmayələri üçün təhsil sahəsini əsas istiqamət seçmiş bir şirkət kimi BP üçün bu çox əhəmiyyətli bir layihədir. Bu layihə vasitəsilə biz universitet mərhələsində zəruri menecment və biznes bacarıqlarının yaradılmasına töhfə vermək istəyirik. Əksər məzunlar müasir təşkilatlarda öz biznes karyerasına başladıqları zaman bu bacarıqları əldə etməkdə çətinlik çəkirlər. Biz öz təcrübəmizdən də görürük ki, bir çox hallarda bu, universitet məzunları, o cümlədən mühəndislər üçün asan olmur. İnanırıq ki, bu proqram ali məktəbin axırıncı kursunda olan tələbələrə biznesin idarə olunması vasitələri və üsulları haqqında bilgilər verməklə onların universitet təhsilindən biznes karyerasına rahat keçməsinə yardım edəcək. Bu, həmçinin bizim üçün də gözəl bir imkandır ki, SOCAR və BANM ilə sıx əməkdaşlıq edərək ölkəyə yüksəkkeyfiyyətli yerli mühəndislərin yetişdirilməsində yardım edək”.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qeyd edib: “Bakı Ali Neft Məktəbi SOCAR-ın strukturunda yaradılanda qarşımızda qoyulan məqsəd müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanması olub. SOCAR tərəfindən müasir tədris ləvazimatı ilə təchiz olunmuş və beynəlxalq tədris proqramını tətbiq edən BANM qısa müddətdə gənclərin texniki fənlərə olan marağını artırmağa nail olub. Bu gün bizdə ölkəmizin ən parlaq zehinli gəncləri təhsil alır. Ötən il minimal qəbul balı 662 olub. Bu ildə isə biz ilk məzunlarımızı yola saldıq. Onların hamısı aparıcı şirkətlərdə işlə təmin olunub. SOCAR tərəfindən əsası qoyulmuş bu uğur hekayəsinə başqa şirkətlər də qoşula bilər. Bu gün biz uğur hekayəmizin yeni səhifəsini tərəfdaş BP şirkəti ilə birgə yazırıq. Yeni proqramın sayəsində gənc mühəndislər müasir biznes mühitinə daha effektli inteqrasiya edəcək, daha da yüksək müvəffəqiyyətlər əldə edə biləcəklər”.

Layihənin müddəti 11 aydır (fevral – dekabr 2018) və ümumi dəyəri 180 min ABŞ dolları təşkil edir.

Tags: Bakı Ali Neft MəktəbiBANMBPElmar QasımovQəri CounzSOCARXoşbəxt Yusifzadə

Eyni kateqoriyadan Digər materiallar

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.