Cümə axşamı, Yanvar 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR AQŞ “Günəşli”də yeni quyunun tikintisini başa çatdırıb

22/02/2018
SOCAR AQŞ “Günəşli”də yeni quyunun tikintisini başa çatdırıb
2
BAXIŞ
Share on FacebookShare on Twitter

SOCAR AQŞ “Günəşli” yatağında daha bir quyunun tikintisini uğurla və vaxtından əvvəl başa çatdırıb.

Bu barədə SOCAR AQŞ məlumat yayıb. Bildirilir ki, müəssisə 7 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 2 min 800 metr olan 324 saylı quyunun tikinti işlərini təhlükəsiz, vaxtından əvvəl və ətraf mühitə heç bir ziyan vurmadan yekunlaşdırıb. Quyunun sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

SOCAR bu quyuda olduğu kimi, növbəti quyuları da sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verməyi nəzərdə tutur.

Xatırladaq ki, SOCAR AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

Hal-hazırda SOCAR AQŞ dayaz sulu «Günəşli» yatağında yerləşən  7 və 11 saylı, «Qərbi Abşeron» yatağının 20 saylı, «Ümid» yatağının 1 saylı və  «Bulla» yatağında  6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.

Müəssisə, 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. SOCAR-AQŞ, Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılmışdır.

2017-ci ildə SOCAR AQŞ dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi sahəsi üzrə API Spec Q2 Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə əsasən sertifikatlaşdırılmışdır.

Socar-aqs.com

 

Tags: GünəşliSOCAR-AQS“Azneft” İstehsalat Birliyi

Eyni kateqoriyadan Digər materiallar

“Azneft” bu il “Neft Daşları”nda 1,2 milyon ton neft çıxarmağı hədəfləyib
Azərbaycan

“Azneft” bu il “Neft Daşları”nda 1,2 milyon ton neft çıxarmağı hədəfləyib

04/06/2025
“SOCAR AQŞ” məzunlar üçün karyera imkanları yaratmaqda davam edir
Azərbaycan

“SOCAR AQŞ” məzunlar üçün karyera imkanları yaratmaqda davam edir

19/10/2022
SOCAR AQŞ cənubi Xəzər hövzəsində ilk çoxşaxəli quyunu qazıb
Azərbaycan

SOCAR AQŞ cənubi Xəzər hövzəsində ilk çoxşaxəli quyunu qazıb

08/04/2021
“SOCAR AQŞ” jurnalist müsabiqəsinə material qəbulunu davam etdirir
Azərbaycan

SOCAR AQŞ-nin keçirdiyi jurnalist müsabiqəsinin qalibləri məlum oldu

22/07/2020
“SOCAR AQŞ” jurnalist müsabiqəsinə material qəbulunu davam etdirir
Azərbaycan

“SOCAR AQŞ” jurnalist müsabiqəsinə material qəbulunu davam etdirir

14/07/2020
SOCAR AQŞ пробурила в истории Госнефтекомпании самую глубокую скважину
Azərbaycan

SOCAR AQŞ “Gücümüz birliyimizdədir” sosial çarxını təqdim etdi

01/06/2020
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.