Ötən il Azərbaycanda 38 milyon 777,5 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 28 milyard 563,5 milyon kubmetr təbii qaz hasil olunub.
Həmin qazın 18 milyard 157,9 milyon kubmetrini əmtəəlik təbii qaz təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, keçən il mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 27,7 milyard manat olmaqla 2016-cı ilə nisbətən 3,9 faiz azalıb.
2017-ci ildə ölkədə neft hasilatı 5,6 faiz, əmtəəlik qaz hasilatı isə 3 faiz azalıb.