SOCAR bu il 5,538 mlrd. m3 qaz hasil edib
Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə 5 537,7 mln. kubmetr həcmində qaz hasil edilib.

Hesabat dövründə Azərbaycan üzrə qaz hasilatının həcmi 26 086,7 mln. kubmetr təşkil edib. Bu həcmin isə 2 419,3 mln. kubmetri noyabr ayında hasil olunub.