Çərşənbə, Noyabr 12, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Statoil” şirkətinin Azərbaycanda nə maraqları var?

11/12/2017
Президент Алиев обсудил с руководством Statoil вопросы сотрудничества
3
BAXIŞ
Share on FacebookShare on Twitter

Prezident İlham Əliyev “Statoil” şirkətinin icraçı vitse-prezidenti ilə əməkdaşlığın perspektivlərini müzakirə edib

Azərbaycan Prezidenti İlham Əliyev mayın 30-da “Statoil” şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxeri qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.

“Görüşdə tərəflər Azərbaycan ilə “Statoil” şirkəti arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar”, – deyə məlumatda deyilir.

Norveç şirkətinin Azərbaycanda nə maraqları var? Onlar hazırda yalnız BP-nin operatorluğu altında olan iki layihədə təmsil olunurlar “Azəri-Çıraq-Günəşli” (hasilat) və Bakı-Tbilisi-Ceyhan neft kəməri (infrastruktur). Payları müvafiq olaraq 8,6% və 8,7%-dir.

“Statoil” şirkətinin Azərbaycandakı layihələrdən uzaqlaşması isə 2013-cü ilin dekabrının əvvəlinə təsadüf edir. O zaman, Caspian Barrel-in neft dairələrindəki mənbələrdən əldə etdiyi məlumata görə, Norveç şirkəti özünün davranışı ilə az qala dekabrın 13-nə təyin edilmiş “Şahdəniz-2” müqaviləsinin sanksiyalaşdırılması mərasiminə böyük zərbə vuracaqdı. Belə ki, Statoil dekabrın əvvəlində layihənin operatoru BP şirkətini və Azərbaycan Dövlət Neft Şirkətini (SOCAR) məlumatlandırdı ki, “Statoil layihənin kommersiya gələcəyinə öz maraqları baxımından şübhə etdiyindən onun maliyyələşdirilməsini riskli sayır”.

İlkin etapda Statoil  Azərbaycanın ən iri qaz layihəsi olan “Şahdəniz”dəki və Cənub-Qafqaz boru kəməri layihəsindəki payını əvvəlcə 25,5%-dən 15,5%-ə endirdi, sonra isə bu layihələri tamamilə tərk etmək qərarına gəldi. 10%-lik payı yarıbayarı olaraq BP və SOCAR-a $1,45 milyarda satdı. 2014-cü ildə isə yerdə qalan 15,5%-i $2.25 millird məbləğində malayziyanın Petronas şirkətinə satdı. Necə deyərlər Statoil bir il müddətində Azərbaycandakı tək bir layihədən  $3,7 milyard qazanc əldə etməyə müvəffəq oldu.

Bunun ardınca “Statoil” şirkəti 2015-ci il iyunun 15-də 2001-ci ildən fəaliyyət göstərən Türkiyədəki nümayəndəliyini bağladığını elan etdi. Daha sonra isə “Statoil” şirkəti  Trans-Adriatik boru kəməri (TAP) layihəsindəki 20% payını İtaliyanın “Snam” qaz infrastruktur şirkətinə satmaq haqda razılaşma əldə etdi. Alqı-satqı əməliyyatının məbləği 208 mln. avro təşkil etdi.

Ancaq bütün bunlara baxmayaraq “Statoil” şirkətinin Azərbaycanda maraqlarını genişləndirmək arzusu olub. Belə ki, Norveş şirkəti 2016-cı ildən SOCAR-la, Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıqlarını genişləndirmək addımlarını artırıb. Ötən il noyabrın 3-də SOCAR-ın Baş ofisinə təşrif buyuran Statoil şirkətinin Beynəlxalq layihələr portfoliosu üzrə İR vitse-prezidenti, xanım Beate Hamre Deck  şirkətin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovla görüşündə İnsan Resurslarının idarə edilməsi prosesində norveç şirkətinin bu sahədəki təcrübəsi məsələsi və gələcəkdə fikir mübadiləsinin aparılmasının xüsusi əhəmiyyətini vurğulayıb.

Cari ilin 14-də isə “Statoil”un Azərbaycan üzrə meneceri Karsten Stoltenberq Azərbaycanın energetika naziri Natiq Əliyevin qəbulunda olarkən  2012-ci ildə təmsil etdiyi şirkətin “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu” qaz-kondensat yataqlarının kəşfiyyatı ilə bağlı işlərə başladığını, 2014-cü ildə isə SOCAR-la memorandum imzaladığını xatırladaraq, yeni texnologiyaların tətbiqi nəticəsində 90-cı illərin sonunda aparılmış tədqiqatlarla müqayisədə əhəmiyyətli nəticələr əldə edildiyini bildirmişdi.

Ona görə də bütün bu deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, Norveçin dövlət şirkəti hazırda Azərbaycan şelfində yeni layihə üçün Azərbaycan tərəfi ilə danışıqların astanasındadır. Və ciddi-cəhdlə çalışır ki, yeni bir müqaviləyə imza atsın. elə bir layihəyə ki, orada işlənmə üzrə operator olsun. “Statoil” şirkətinin ofisi Bakıda 1992-ci ildə açılsa da, onun burada ilk layihəsi 1994-cü ildə baş tutsa da, ancaq indiyə qədər Norveç şirkəti Azərbaycanda müstəqil olaraq hansısa bir layihəyə rəhbərlik edə bilməyib. Hətta “Şahdəniz-1” layihəsində kommersiya operatorluğu rəsmən onun adına yazılsa belə faktiki bu işləri SOCAR görürdü və bu baxımdan da 2015-ci ilin mayında “Statoil” şirkətinin “Şahdəniz” layihəsini tərk etməsi üzrə əməliyyatlar hüquqi baxımdan tam başa çatdıqdan sonra Norveş şirkəti kommersiya operatorluğunun SOCAR-a təhvil verilməsi haqda sənədləşməyə imza atmalı oldu.

Ancaq Azərbaycanda 2013-cü ildə “Statoil” şirkətinin ölkə üçün “X zamanı” etdiyini də unutmayıblar və belə görünür ki, danışıqlar prosesində bütün bu məqamlar nəzərə alınacaq.

İlham Şaban

Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Tags: İlham ŞabanNorveçqaz yatağıStatoil

Eyni kateqoriyadan Digər materiallar

Contract signed on selling Total’s share in Shah Deniz project
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
Equinor eyes investing 50% of income in renewables
Azərbaycan

Norveçin enerji nəhəngi Azərbaycandakı filialını bağlayır

08/06/2024
Equinor expects to close the deal to sell assets to SOCAR in Azerbaijan in 2024
Azərbaycan

“Equinor” Azərbaycandakı layihələrdən çıxması ilə əlaqədar $310 mln zərərə düşüb

08/02/2024
İlham Şaban: “Azərbaycan bir zamanlar Avropanın tikmək istədiyi “Nabucco” layihəsini canlandırır”
Azərbaycan

İlham Şaban: “Azərbaycan bir zamanlar Avropanın tikmək istədiyi “Nabucco” layihəsini canlandırır”

03/02/2023
Rusiya-Türkiyə qaz  sövdələşməsi və Azərbaycanın maraqları
Maraqlı Xəbərlər

Rusiya-Türkiyə qaz sövdələşməsi və Azərbaycanın maraqları

11/12/2022
İlham Şaban: “SOCAR xarici bazarlarda əldə etdiyi təcrübəni yerli bazara tətbiq etməyə hazırlaşır”
Azərbaycan

İlham Şaban: “SOCAR xarici bazarlarda əldə etdiyi təcrübəni yerli bazara tətbiq etməyə hazırlaşır”

31/08/2022
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Vakansiya

International Company is looking for a Crane Operator

06/11/2025
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
Vakansiya

Socar Cape is looking for a Head of Operations

06/11/2025
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Azərbaycan

“Özbəkneftqaz” və SOCAR sentyabrda Özbəkistandakı layihə üçün operatorun qeydiyyat prosesini tamamlayacaqlar

09/09/2025
Azərbaycan

SOCAR ilə Qətərin “UCC Holdinq”i arasında çoxşahəli əməkdaşlıq əlaqələri qurulur

09/09/2025
Azərbaycan

ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub

09/09/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.