2017-ci ilin I rübübnün nəticələrinə görə, “Şahdəniz” yatağlnda hasil edilən qaz həcmləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,1% və ya 300 milyon kub metr azalıb.
“BP-Azerbaijan” (“Şah-dəniz” yatağının operatoru) şirkətinin bu gün ictimaiyyət üçün açıqladığı hesabatda bildirilir ki, rüb ərzində yataqdan 2,4 milyard standart kubmetr qaz və təqribən 4,6 milyon barel kondensat hasil edilmişdir.
Qeyd edək ki, 2016-cı ilin yanvar-mart aylarında BP və tərəfdaşları “Şahdəniz” yatağınadan 2,7 milyard kub metr qaz və 5 milyon barel kondensat hasil etmişdilər.
BP bildirir ki, “Şahdəniz”dəki mövcud qurğularının hasilat gücü hazırda gündə 30 milyon (ildə təqribən 10,9 milyard) standart kubmetrdir.
Birinci rüb ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə təqribən 113 milyon dollar əməliyyat xərcləri və 835 milyon dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz Mərhələ 2 layihəsinə aiddir.
Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), SOCAR (10%), South Gas Corridor Upstrim (6.7%), Petronas (15,5%), LUKoil (10%), NİCO (10%), və TPAO (19%).