Qaradağda inşa edilməsi nəzərdə tutulan neft kimya və qaz emalı kompleksinin tikintisi 2023-cü ilədək başa çatmalıdır
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Çinin CNPC şirkəti ilə SOCAR GPC layihəsinin tikintisinin maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparır.
Trend-in məlumatına görə, bunu “SOCAR Polymer” şirkətinin maliyyə direktoru Fuad Əhmədov deyib.
Onun sözlərinə görə, layihə ilə bağlı yekun investisiya qərarının 2018-ci ilin əvvəlinədək qəbul olunması planlaşdırılır.
SOCAR GPC layihəsi çərçivəsində ildə 10 milyard kubmetr qazın emal edilməsi planlaşdırırlır.
Tikintinin 4 il – 2022-ci ilin sonunadək davam etməsi nəzərdə tutulub.