Hələlik işçinin hansı səbəblər üçündən dünyasını dəyişdiyi müəyyən edilməyib…
Lent.az-ın xəbərinə görə, N.Quliyev küçəsi 16 ünvanında yerləşən və neft-qaz quyularının qazılması fəaliyyəti ilə məşğul olan “Caspian Drilling Company” şirkətində çilingər vəzifəsində işləyən 1989-cu il təvəllüdlü Zeynalov Gündüz Çingiz oğlu qəfil vəfat edib.
Onun meyit müayinə olunması üçün morqa aparılıb.
Araşdırma aparılır.
Qeyd edək ki, “Caspian Drilling Company” şirkətinin 92.44% nizamnamə kapitalı SOCAR-a, 7.56%-i isə Heritage General Trading FZE şirkətinə məxsusdur. “Caspian Drilling Company” şirkəti dəniz layihələrində xarici şirkətlər üçün kəşfiyyat qazma işləri həyata keçirir.