Şənbə, Fevral 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR-da CDC şirkətinin 25 illik yubileyi qeyd olunub – FOTO

07/09/2021
SOCAR-da CDC şirkətinin 25 illik yubileyi qeyd olunub – FOTO
8
BAXIŞ
Share on FacebookShare on Twitter

Sentyabrın 6-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birgə müəssisəsi olan “Caspian Drilling Company”-nin (CDC) 25 illik yubileyi qeyd edilib.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, tədbirdə SOCAR-ın rəhbər heyəti və tərəfdaş şirkətlərinin nümayəndələri iştirak ediblər. SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkətin birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə və CDC şirkətinin baş direktoru Fərid Axundov qonaqlar qarşısında çıxış ediblər.

Üzən dəniz qazma qurğularının təmiri, modernləşdirilməsi, onlara nəzarətin həyata keçirilməsi və texniki xidmətlərin göstərilməsi, eyni zamanda dənizdə neft-qaz quyularının qazılması və təmiri üzrə ixtisaslaşmış CDC şirkəti yarandığı vaxtdan bu günədək böyük inkişaf yolu keçib. Ötən 25 ildə “Caspian Drilling Company” Xəzər dənizinin Azərbaycan sektorunda hasilatın pay bölgüsü sazişləri üzrə həyata keçirilən 16 dəniz layihəsində kəşfiyyat və sualtı qazma işlərini müvəffəqiyyətlə icra edib. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının kəşf olunmasında CDC-nin kəşfiyyat-qazma əməliyyatları mühüm rol oynayıb.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev CDC şirkətinin əmək kollektivini təbrik edərək deyib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən qarşımıza məqsəd qoyulmuşdur ki, neft sənayesi yalnız xam neft və təbii qazın satışı ilə deyil, həm də əlavə dəyər yaradan məhsul və xidmətlərlə ölkəmiz üçün əlavə qazanc mənbələri yaratmalıdır. Bu gün ölkəmizdə həyata keçirilən ən böyük beynəlxalq səviyyəli layihələrdə əsas rolu məhz dövlətə məxsus olan yerli şirkətimiz CDC həyata keçirir. Sırf xidmət sahəsində ixtisaslaşmış CDC fəaliyyəti dövründə mühüm uğurlara imza atıb. Bu gün deyə bilərik ki, CDC dünyanın öndə gedən qazma şirkətləri ilə rəqabət aparmaq qabiliyyətindədir. 500-ə yaxın yüksək səriştəli işçi heyəti üçün əlavə iş yerləri yaradan, daim mənfəətlə işləyən CDC ona bəslənilən inam və etimadı doğruldub.

Son illər müəssisənin fəaliyyətində daha böyük irəliləyişlər hiss olunur. Məhz CDC-nin rəhbərliyi altında inşa edilən “Heydər Əliyev” 6-cı nəsil yarımdalma qazma qurğusu vasitəsi ilə şirkətin qazmaçıları Xəzər dənizində 7411 metr dərinliyində ən dərin quyunun qazılmasına nail olmuşdur. Bu gün sizin fəaliyyətiniz yalnız Azərbaycanla məhdudlaşmır. İsraildə və Türkiyədə qazma işləri həyata keçirmisiniz. İnanırıq ki, qarşıda sizi daha böyük nailiyyətlər gözləyir”.

Yubiley tədbirində çıxış edən CDC rəhbərliyinin nümayəndələri ötən müddətdə qazanılmış zəngin təcrübəyə arxalanaraq bundan sonra da əzmkarlıq göstərəcəklərini, yeni neft strategiyasının daha böyük qələbələr qazanması üçün var gücləri ilə çalışacaqlarını bildiriblər.

Sonda SOCAR prezidentinin müvafiq əmrləri ilə CDC şirkətinin bir qrup əməkdaşı SOCAR-ın “Fəxri Fərman”ı və “Fəxri neftçi” döş nişanı ilə təltif olunublar.

CDC şirkəti 1996-cı ildə yaradılıb. “Heydər Əliyev”, “Dədə Qorqud” və “İstiqlal” yarımdalma qurğuları ilə Xəzər dənizində qazma əməliyyatlarını həyata keçirən CDC cari ildə Qazaxıstandan gətirilmiş “Sətti” özüqalxan qazma qurğusunun modernizasiya işlərini başa çatdırıb. Qurğu Abşeron yarımadasının SOCAR və bp tərəfindən birgə istismar olunan dayazsulu hissəsində əməliyyatlara cəlb olunub.

Tags: Caspian Drilling CompanySOCARyubiley

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.