Bazar, Noyabr 9, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Asiya İnkişaf Bankı Şahdəniz-2 layihəsinə kredit ayırdı

11/12/2017
Every country of the South Gas Corridor must safeguard its safety
0
BAXIŞ
Share on FacebookShare on Twitter

Bu gün Yokohamada Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankı arasında Şahdəniz layihəsinə kredit ayrılmasına dair müqavilə imzalanıb

Asiya İnkişaf Bankı $500 mln kredit ayırır

Cari ilin 6-8 may tarixlərində Yaponiyanın Yokohama şəhərində keçirilən Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 50-ci İllik Toplantısı çərçivəsində, Azərbaycan Respublikası, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (CQD) və AİB arasında “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi (Şahdəniz) layihəsinin dəstəklənməsi məqsədilə 500 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasına dair saziş imzalanıb.

Caspian Barrel-ə CQD-dən bildiriblər ki, qeyd olunan sazişi CQD-nin Baş direktoru Əfqan İsayev və AİB-in özəl sektor üzrə əməliyyatlar departamentinin baş direktoru Maykl Barrou, kredit müqaviləsinə dair zəmanət əqdini isə Azərbaycan Dövləti adından maliyyə naziri Samir Şərifov və AİB-in vitse-prezidenti Divakar Gupta imzalayıblar.

Xatırladaq ki, AİB-in Direktorlar Şurası 2016-cı ilin dekabrın 7-də “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsi üzrə CQD-nin iştirak payı üzrə tələb olunan vəsaitin çatışmayan hissəsinin maliyyələşdirilməsi üçün dövlət zəmanəti əsasında 15 il müddətinə 500 milyon ABŞ dolları kreditin ayrılması, eləcə də 15 il müddətinə 526 milyon ABŞ dolları sindikatlaşdırılmış kredit üzrə zəmanətin verilməsi ilə bağlı qərar qəbul edib.

Maliyyə naziri Samir Şərifov qeyd edib ki, layihəni iştirakçı ölkələrdən savayı, AİB, Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı və bir sıra digər beynəlxalq maliyyə institutları dəstəkləyir. Bu, dünya miqyasında Azərbaycana, onun liderliyi və təşəbbüskarlığı ilə reallaşdırılan Cənub Qaz Dəhlizi layihəsinə inam və etibarın bariz nümunəsidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev layihənin təkcə ölkəmiz üçün deyil, Avropa və regionun enerji təhlükəsizliyi üçün xüsusi önəm daşıdığını vurğulayaraq qeyd edib ki, bu layihənin reallaşdırılmasında aparıcı qüvvə məhz Azərbaycandır.

CQD-nin Baş direktoru Əfqan İsayev əlavə edib ki, Cənub Qaz Dəhlizi layihəsinin Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcəyini qeyd edərək bu istiqamətdə görülmüş işlər barədə də məlumat vermişdir: “Cəmiyyət tərəfindən Cənub Qaz Dəhlizi layihəsi üzrə 2014-2019-cu illər üzrə ümumi tələb olunan təqribən 12.4 milyard dollar məbləğində vəsaitdən indiyədək 6.6 milyard dollar hissəsini, yəni təqribən 53 faizi icra edilib.

* 1966-cı ildə yaradılan AİB-in 67 ölkə-üzvü var. Azərbaycan AİB-a 1999-cu il dekabrın 22-də üzv qəbul olunub. Azərbaycan Respublikası bankın Rəhbərlər Şurasının 2015-ci ildə keçirilən 48-ci illik toplantısına ev sahibliyi edib.

** Cənub Qaz Dəhlizi layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikiləcək TANAP və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə Türkiyə və Cənubi Avropa ixracını təmin etməkdir.

 “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Respublikası Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli, 287 nömrəli Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

Tags: Asiya İnkişaf BankıŞahdəniz-2SGCTANAP

Eyni kateqoriyadan Digər materiallar

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
MVM Group acquires a stake in one of the world’s largest offshore natural gas fields
Azərbaycan

Macarıstan şirkəti “Şahdəniz” qaz-kondensat yatağında pay alıb

05/06/2024
Elçin İbadov: “TANAP ilə bugünədək 45 milyard kubmetrə yaxın təbii qaz tədarük edilib”
Azərbaycan

Elçin İbadov: “TANAP ilə bugünədək 45 milyard kubmetrə yaxın təbii qaz tədarük edilib”

12/05/2023
Prezident: “Biz enerji təchizatımızın davamlı şaxələndirilməsinə hazırıq”
Azərbaycan

Prezident: “Biz enerji təchizatımızın davamlı şaxələndirilməsinə hazırıq”

03/02/2023
Çavuşoğlu: “Azərbaycan qazının dünya bazarına çıxarılmasında Türkiyədən təşəbbüs gözlənilir”
Azərbaycan

Çavuşoğlu: “Azərbaycan qazının dünya bazarına çıxarılmasında Türkiyədən təşəbbüs gözlənilir”

29/09/2022
SOCAR: “İndiyədək TANAP ilə 16 mlrd kubmetr Azərbaycan qazı nəql edilib”
Azərbaycan

SOCAR: “İndiyədək TANAP ilə 16 mlrd kubmetr Azərbaycan qazı nəql edilib”

03/06/2022
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Vakansiya

International Company is looking for a Crane Operator

06/11/2025
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
Vakansiya

Socar Cape is looking for a Head of Operations

06/11/2025
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Azərbaycan

“Özbəkneftqaz” və SOCAR sentyabrda Özbəkistandakı layihə üçün operatorun qeydiyyat prosesini tamamlayacaqlar

09/09/2025
Azərbaycan

SOCAR ilə Qətərin “UCC Holdinq”i arasında çoxşahəli əməkdaşlıq əlaqələri qurulur

09/09/2025
Azərbaycan

ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub

09/09/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.