Bazar ertəsi, İyun 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR: “İndiyədək TANAP ilə 16 mlrd kubmetr Azərbaycan qazı nəql edilib”

03/06/2022
SOCAR: “İndiyədək TANAP ilə 16 mlrd kubmetr Azərbaycan qazı nəql edilib”
9
BAXIŞ
Share on FacebookShare on Twitter

İndiyədək Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 16 milyard kubmetr Azərbaycan təbii qazı nəql edilib

“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən konfransın ikinci günündə bildirib.

Onun sözlərinə görə, nəql etməyə başlanandan bu ilin mayın 1-nə kimi Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə 11,3 milyard kubmetr Azərbaycan təbii qazı nəql edilib.

X.Yusifzadə bildirib ki, bu həcmlərin 9,7 milyard kubmetri İtaliyaya, 1,3 milyard kubmetri Yunanıstana, 0,3 milyard kubmetri isə Bolqarıstana nəql edilib.

Qeyd edək ki, təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur.

Hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr qaz təşkil edir.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud – 14,4 milyard kubmetrə qədər, qismən – 17,1 milyard kubmetrə qədər və tam – ildə 20 milyard kubmetrə qədər.

Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb. Cari ilin may ayınadək Azərbaycan TAP vasitəsi ilə Avropaya 12 milyard kubmetrdən çox təbii qaz nəql edilib.

Tags: SOCARTANAP

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.