Çərşənbə, May 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Neft-qaz statistikası: nə düzdür, nə səhv?

27/04/2017
Azərbaycanda ÜDM-in 43,7 faizi neft-qaz istehsalı və emalı sahələrinin payına düşür
10
BAXIŞ
Share on FacebookShare on Twitter
SOCAR rəsmisi Vitali Bəylərbəyovla rəqəmlər ətrafında araşdırma

Yadınızdadırsa aprelin 25-də II SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft-Kimya” Forumunda KİV-lərin dərc etdiyi bir sıra statistik məlumatların uyğunsuzluğu ilə bağlı status paylaşmışdım.

Bununla bağlı sosial şəbəkələrdə qızğın müzakirələr açılmışdı. Bunun qızğınlığına bir səbəb isə o olmuşdu ki, SOCAR-ın müxtəlif ranqlı məmurları tərəfindən müxtəlif fikirlər və hətta rəqəmlər səsləndirilmişdi.

Bu isə ona bir sıra insanlarda real hasilat göstəricilərinə belə şübhələr yaratmağa başlamışdı. Ümumiyyətlə, statistika mürəkkəb və ağır bir sahədir, bir tərəfdən də ortaya hansısa uyğunsuzluqlar çıxanda adi vətəndaşda şübhələrin yaranmasını normal qəbul etmək lazımdır.

Ona görə də belə məqamlarda əsas məsələ şübhə doğuran məsələləri AYDINLAŞDIRMAQdan gedir…

Onu qeyd edim ki, Forumun ilk günü mən tədbirdə iştirak etmirdim. Elə bəzi uyğunsuzluqları ortaya yerli KİV-lərin təhlili əsasında özüm çıxarmışdım.

Ona görə də bu məsələ ilə bağlı SOCAR-ın Marketinq və İnvestisiyalar üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyovla görüşməyi qəara aldım.

Elə ilk informasiya mübadiləsindən məlum oldu ki, informasiyaların düzgün qavranılmamasıda sinxron tərcümənin rolu heç də az olmayıb. İkinci məsələ isə, jurnalistlərin eşitdiklərinə əmin olmadıqları halda belə yaymaq arzularıdır, hansıları ki, dəqiqləşdirmək mümkün idi.

Məsələn, SOCAR-ın I vitse prezidenti Xoşbəzt Yusifzadə həmin tədbirdə bildirib ki, “Azəri-Çıraq-Günəşli” yataqlarından indiyə qədər 423,5 milyon ton neft hasil edilib (3,1 mlrd barrel).

“Ancaq mən çıxış edərkən slayda əsasən bildirdim ki, “Azəri”, “Çıraq”, “Günəşli” yatağının dərin hissəsi və “Günəşli” yatağının ehtiyatları 10 milyard barel həcmində qiymətləndirilir (1,3 mlrd ton). Və indiyə kimi bu yataqlardan 4 milyard barel neft hasil edilib” , deyə Bəylərbəyov izah etdi.

Yəni buradakı qiymətləndirməyə həmçinin SOCAR-ın balansında olan “Günəşli” yatağının ehtiyatları və hasilatı daxil edilmişdi. Çox güman ki, tərcümə zamanı bu faktorlara diqqət yetirilməyib.

Elə ACG-də indiyə qədər 400 quyu qazılması və 1600 km boru xətti çəkilməsi məsələsinə toxunarkən də Bəylərbəyov ümumilikdə geoloji olaraq Azəri, Çıraq və Günəşli yataqlarını nəzərdə tutduğunu qeyd edir. “Axı bu sahədə yazan jurnalistlərin əksəriyyətinə məlumdur ki, BP-nin operatorluğu altında olan ACG-də 150 quyu var. Bizim Günəşlidə isə “Azneft” daha çox quyu qazıb indiyə qədər”, – deyə Bəylərbəyov məsələni izah edir.

Daha sonra SOCAR rəsmisi bildirir ki, KİV-lərin ona istinadən ACG-yə  30 milyard dollardan çox sərmayə yatırıldığını qeyd ediblər. Digər KİVlər isə bunun kiçik rəqəm olduğunu ötən ilin iyununda SOCAR prezidenti Rövnəq Abdullayevin Caspian Oil & Gas konfransindakı çıxışına istinad edərək 40 milyard dollar olduğunu göstərməsi ilə müqayisə ediblər.

Bəylərbəyovun sözlərinə görə, onun gətirdiyi rəqəm sırf kapital xərclərini əhatə edir, yəni CAPEX. Rövnəq müaəllimin səsləndirdiyi rəqəm isə ümumiyyətlə ACG layihəsinə çəkilən xərclərdir, yəni CAPEX+Opex.

Bundan əlavə bəzi elektron informasiya vasitələrində Azərbaycanda son illərdə neft hasilatının 7-10 faiz azalmasını qeyd ediblər. Bəylərbəyov vurğulayır ki, rəsmi statistikanın nəticələrinə görə, 2016-cı ilin göstəricilərinə baxsaq (41,03 mln ton), 10% azalma tempi 2011-ci illə (45,6 mln ton) müqayisədə baş verib, yəni son 5 il ərzində.

KİV-lərdə qeyri-dəqiq yer alan bir göstərici də neft-qaz sənayesinə edilən yatırımlarla bağlı olmuşdu. Bəziləri bunu 220 milyard dollar kimi, bəziləri 92 milyard kimi qeyd etmişlər. Əslində isə indiyə qədər Azərbaycan iqtisadiyyatına edilən yatırımların həcmi 220 milyard dollar olub, bunun 92 milyardını isə neft və qaz sənayesi təşkil edib.

Başqa bir məqam isə “Abşeron” qaz-kondensat yatağından hasil ediləcək qazın satışı ilə yaranan mübahisə olub. Ancaq bu Forum çərçivəsində Bəylərbəyovun kuluarlarda jurnalistlərlə söhbət zamanı baş verib. “Fikrimcə, məsələnin dərinliyinə getmək istəməyən jurnalist sadə şəkildə bir informasiya yatratmaq istəyib və nəticədə belə aınıb ki, “Abşeron” yatağlndan hasil edilən qaz emal edildikdən sonra ixraca göndərilə bilər. Əslində isə artıq ötən ilin payızından rəsmən elan edilib ki, bu yataqdan hasil edilən ilkin qaz ölkənin daxili bazarına yönəldiləcək. Mən fikrimi belə ifadə etmişdim ki, Şahdənizdən sonra Azərbaycanın ən perspektivli qaz yatağı “Abşerondur”. Onun inkişaf mərhələləri burdan hasil ediləcək qazın gələcəkdə şərait yarandıqda ixracına gətirib çıxara bilər”, deyə Bəylərbəyov qeyd edib.

İlham Şaban, Neft Araşdırmaları Mərkəzinin rəhbəri
Tags: AzərbaycanSOCARStatistikaVitali Bəylərbəyov

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.