Bazar ertəsi, Aprel 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

ABŞ Azərbaycanın enerji layihələrinə önəm verir

11/12/2017
ABŞ Azərbaycanın enerji layihələrinə önəm verir
4
BAXIŞ
Share on FacebookShare on Twitter
SOCAR “Hyuston Offşor Texnologiya Konfransı”nda Azərbaycanı təmsil edəcək

Energetika naziri Natiq Əliyev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul edib. Bu haqda energetika nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə mayın əvvəlində keçiriləcək “Hyuston Offşor Texnologiya Konfransı”, enerji sahəsində əməkdaşlıq, enerji təhlükəsizliyi və dünya enerji bazarında son vəziyyəti əhatə edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. ABŞ səfiri Robert Sekuta “Offşor Texnologiya Konfransı” barədə məlumat verib. Bildirib ki, bu tədbir dəniz ehtiyatları və ətraf mühit məsələləri üzrə elmi-texniki biliklərini təkmilləşdirmək məqsədilə enerji mütəxəssislərinin fikir mübadiləsi apardıqları mühüm bir platformadır.

Yüz ölkəni təmsil edən 2300-dən çox sərgi iştirakçısının qatıldığı konfrans neft-qaz sənayesi üçün qlobal əhəmiyyətə malikdir. Səfir SOCAR-ın timsalında Azərbaycanın konfransda iştirakının Xəzərin enerji resurslarının, enerji mərkəzi kimi imkanlarının nümayişi baxımından vacibliyini diqqətə çatdırıb.

Robert Sekuta “Cənub Qaz Dəhlizi” layihəsinin gedişatı ilə də maraqlanıb. Energetika naziri Natiq Əliyev səfiri layihə üzrə işlərin gedişatı və mövcud çətinliklər barədə məlumatlandırıb. Nazir  “Şahdəniz – Mərhələ 2”, “Cənub Qafqaz Boru Kəmərinin Genişləndirilməsi”, “Trans-Anadolu” qaz boru kəməri”  layihələri üzrə işlərin qənaətbəxş səviyyədə olduğunu, lakin İtaliyada “Trans-Adriatik” qaz boru kəmərinin tikintisi ilə bağlı bir sıra çətinliklərin hələ də qaldığını deyib. Bu problemlərin “Cənub Qaz Dəhlizi” layihəsinin vaxtında yekunlaşmasına mümkün təsirlərindən narahatlığını ifadə edib. İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalendanın TAP layihəsi ilə bağlı mövqeyini yüksək qiymətləndirən Natiq Əliyev, ümumilikdə, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü görüşünün işlərin sürətlənməsinə və prosesin irəliyə aparılmasına töhfə verdiyini də vurğulayıb. Səfir isə ABŞ-ın “Cənub Qaz Dəhlizi” layihəsinin icrasını daim diqqətdə saxladığını və dəstəyinin davamlı olduğunu bildirib.

Görüşdə həmçinin dünya neft bazarında qiymət sabitliyinə nail olmaq məqsədilə atılacaq növbəti addımlar barədə də müzakirələr aparılıb. Natiq Əliyev OPEC və təşkilata üzv olmayan ölkələrin hasilatın azaldılması ilə bağlı birgə qərarının işlək olduğunu və bazara müsbət təsir etdiyini bildirib. “Sazişin müddətinin uzaldılması, yaxud digər hansısa bir qərarın qəbulu Monitorinq Komitəsinin təhlillər əsasında hazırlanmış hesabatına nəzərən müəyyənləşəcək. İlin ikinci yarısı üçün neft bazarının inkişaf istiqaməti  OPEC-in may ayında keçiriləcək iclasında dəqiqləşəcək.” –deyə nazir əlavə edib. Toplantıda Azərbaycan-ABŞ enerji əməkdaşlığının digər istiqamətləri üzrə də müzakirələr aparılıb.

Tags: ABŞCənub Qaz DəhliziRobert SekutaSOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.