2023-cü ilin yanvar ayında Azərbaycanda 4,2 milyard kubmetr təbii qaz hasil edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 4% çoxdur.
Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
“2023-cü ilin yanvar ayı üzrə operativ məlumatlara əsasən, ötən ay Azərbaycanda 4,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 1,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 2,3 milyard kubmetri “Şahdəniz”dən, 0,8 milyard kubmetri SOCAR üzrə hasil olunub”, – deyə məlumatda bildirilir.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 fevral 2023-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 204,6 milyard kubmetr, “Şahdəniz”dən isə 185 milyard kubmetrə yaxın qaz hasil edilib.
Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 130 milyard kubmetrə yaxın həcmi ixraca nəql edilib.
İnterfaks-Azərbaycan