2022-ci il dekabrın 31-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2022-ci ilin əvvəlinə 8,9% artaraq $49 milyard 33,6 milyon təşkil edib. Bu barədə ARDNF-in mətbuat xidmətindən məlumat verilib.
2022-ci ildə ARDNF-in büdcə gəlirləri $9 milyard 586 milyon təşkil edib.
Fondun mənfəət neftinin və qazın satışından gəlirləri 19 milyard 698,9 milyon manat (təxminən $11,6 milyard) təşkil edib.
Bundan əlavə, Neft Fonduna bonus ödənişləri üzrə 768,7 milyon manat, tranzit gəlirləri üzrə 7,2 milyon manat, akrhesabı ödənişlər üzrə 5,6 milyon manat daxil olub.
2022-ci il ərzində ARDNF-in aktivlərinin bazar dəyərində qısamüddətli qiymət dəyişkənliklərindən yaranan $2 milyard 461.3 milyon azalma müşahidə olunub.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı ARDNF-nin büdcədənkənar xərcləri $878,5 milyon təşkil edib.
2022-ci ildə ARDNF-in büdcə xərcləri $4 milyard 699 milyon təşkil edib.
Hesabat dövrü ərzində ARDNF-in 2022-ci il büdcəsinin icrası çərçivəsində 7 milyard 923 milyon manat ($4,66 milyard) vəsait dövlət büdcəsinə transfert edilib. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 22,2 milyon manat yönəldilib.
Fondun idarə edilməsi ilə bağlı xərclər 27.9 milyon manat təşkil edib.
1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.
İnterfaks-Azərbaycan