2022-ci ildə Azərbaycana $1 milyard 57 milyon 792,37 min dəyərində (artım 13,1%) 74 577 ədəd avtomobil nəqliyyatı vasitəsi (2021-ci illə müqayisədə azalma 18,2%) idxal edilib.
Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $844 milyon 720,54 min dəyərində (artım 8,2%) 68 684 ədəd avtomobil (azalma 19,4%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb.
Həmçinin $17 milyon 661,18 min dəyərində 486 ədəd elektrokar və $155 milyon 357,9 min dəyərində 11 min 337 ədəd hibrid avtomobil gətirilib.
Bundan başqa, ölkəyə yük daşımaları üçün nəzərdə tutulmuş $109 milyon 628,92 min dəyərində (artım 21,2%) 5127 ədəd motorlu nəqliyyat vasitəsi (azalma 7,7%), o cümlədən $50 milyon 449,89 min dəyərində (artım 2,2 dəfə) 351 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (artım 1,9 dəfə) gətirilib.
Hesabat dövründə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $52 milyon 993,02 min dəyərində (artım 28,5%) 415 ədəd motorlu nəqliyyat vasitəsi (artım 1,6 dəfə) gətirilib.
2021-ci ildə Azərbaycana $935 milyon 225,33 min dəyərində 91,194 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib.