Çərşənbə axşamı, Dekabr 9, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Bu il dünyada elektrik avtomobillərinin satışı 15,4 milyona çata bilər

08/09/2023
Bu il dünyada elektrik avtomobillərinin satışı 15,4 milyona çata bilər
8
BAXIŞ
Share on FacebookShare on Twitter

“Gartner” tədqiqat şirkəti proqnozlaşdırır ki, 2023-cü ilin sonunadək minik elektrik avtomobillərinin (elektrik mühərrikləri və plug-in hibridləri ilə birgə) qlobal bazarda satışı 1/3-dən çox artaraq 15 milyon həddini keçəcək.

2024-cü ildə artımın 20% təşkil edərək 17,9 milyon avtomobilə çatacağı gözlənilir.

Elektrik avtomobillərinin satışı, yük maşınları və avtobuslar da daxil bu il 15,4 milyonu (34 faiz artım), gələn il isə 18,45 milyonu (20 faiz çox) keçəcək.

“Gartner”-in press-relizində bildirib ki, yüngül elektrik mühərrikli avtomobillərin (BEV) tədarükü keçən ilki 9 milyondan 2023-cü ildə təxminən 11 milyona, plug-in hibrid avtomobillərin (PHEV) satışı isə 3 milyondan 4 milyona yüksələcək.

Analitiklər 2030-cu ilə qədər elektrik avtomobillərinin qlobal bazarda satılan ümumi avtomobillərin yarıdan çoxunu təşkil edəcəyini proqnozlaşdırır.

Həmçinin gözlənilir ki, 2027-ci ilə qədər BEV-in orta qiyməti oxşar ölçü və konfiqurasiyaya malik daxili yanma mühərrikli avtomobilin qiyməti ilə eyniləşəcək ki, bu da elektrik avtomobillərinə istehlakçılarda inam hissinin artımı hesabına əldə olunacaq.

Bununla belə, 2030-cu ilə qədər elektrik enerjisi istehsalı və şəbəkə tutumu, qiymətindən asılı olmayaraq, elektrikli nəqliyyat vasitələrinin kütləvi qəbulunu məhdudlaşdıran amillər ola bilər.

“Gartner”-in baş analitiki Jonathan Davenportun fikrincə, “ölkələr EV sürücülərini elektrik enerjisinin pik istehlak dövrlərindən kənarda şarj etməyə təşviq etmək üçün (endirimlərin tətbiqi) tədbirlər görmədikcə, elektrikli nəqliyyat vasitələrinə keçid həm istehsal gücünə, həm də paylama infrastrukturuna əlavə gərginlik yarada bilər”.

Tags: elektrik avtomobilləriEVPHEV

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan 2022-ci ildə 486 ədəd elektrik avtomobili idxal edib
Azərbaycan

Azərbaycan 2022-ci ildə 486 ədəd elektrik avtomobili idxal edib

25/01/2023
Özbəkistan 2025-ci ilə elektromobil istehsalına başlamaq niyyətindədir
Maraqlı Xəbərlər

Özbəkistan 2025-ci ilə elektromobil istehsalına başlamaq niyyətindədir

09/03/2021
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“Fitch” SGC-nin 2029-cu ilədək qaz nəqlindən gözləndiyi gəlirləri açıqlayıb

08/12/2025
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
Azərbaycan

“Ümid” yatağından hasil edilən qaz və kondensatın həcmi açıqlanıb

24/11/2025
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
Azərbaycan

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24/11/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.