logo

İşğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” proqramı açıqlanıb

Views: 220

Azərbaycan tarixi torpaqlarını erməni işğalından azad etdikdən sonra genişmiqyaslı “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı həyata keçirməyə başlayıb.

Proqram çərçivəsində Azərbaycan hökuməti bu ərazilərdə uğurlu iqtisadi inkişaf üçün zəruri olan əsas enerji infrastrukturunun bərpası üzrə işlər aparır. Azərbaycan ənənəvi enerji resursları ilə yanaşı, bərpa olunan enerji mənbələrinin inkişafına da böyük diqqət yetirir.

Hökumət 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpa olunan enerjinin payını 30 faizə çatdırmağı hədəfləyir.

Belə ki, 2023-2025-ci illər ərzində Energetika Nazirliyi bərpa olunan enerji mənbələrindən, yəni su enerjisi, geotermal enerji və bioenerji istifadəsi, o cümlədən, hidrogen texnologiyaları və enerjinin saxlanması və hidroakkumulyasiyası üzrə fəaliyyətlərin perspektivlərinin öyrənilməsi və qiymətləndirilməsi ilə məşğul olacaq.

2026-cı ilədək dövr bp ilə birgə özəl investisiyalar hesabına Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının, Laçında və ya Kəlbəcərdə ümumi gücü təxminən 400 MVt olan külək elektrik stansiyasının tikintisi planlaşdırılır.

Öz növbəsində, İqtisadiyyat Nazirliyi 2026-cı ilə qədər bərpa işlərinə və yeni su elektrik stansiyalarının tikintisinə özəl investisiyaların cəlb edilməsi ilə məşğul olacaq.

Bununla yanaşı, “Azərenerji” ASC istismardan çıxarılan kiçik SES-lərdə bərpa işləri ilə məşğul olacaq, nəticədə 2025-ci ilədək 23 kiçik SES-in işini təmin edəcək. “Azərenerji” 2025-ci ilə qədər 28 yeni kiçik SES tikməyi, 2026-cı ilə qədər kiçik SES-lərin sayını 37-yə çatdırmağı planlaşdırır.

Həmçinin, 2025-ci ilədək gücü 100 MVt olan “Xudafərin” SES-in və 40 MVt gücündə “Qız Qalası” SES-in tikintisi başa çatdırılacaq. Bundan əlavə, Energetika Nazirliyi 2022-2023-cü illərdə “yaşıl” texnologiyalardan istifadə üzrə pilot layihələrin həyata keçirilməsi ilə məşğul olacaq.

Trend

0

Your Cart