logo

İtaliya Rusiya qazını azaldır, Azərbaycan qazının idxalını artırır

Views: 383

Bazar iştirakçılarının fikrincə, burada siyasi amillər deyil, təklif edilən qiymətlərin cəlbediciliyi daha önəm daşıyır

İtaliya 2022-ci il yanvarın 1-dən aprelin 10-dək Rusiya qazının idxalını 2,1 milyard kubmetr azaldıb. Ümumilikdə 5,52 milyard kubmetr qaz idxal edilib.

Caspian Barrel Avropa qaz ötürücü sistem operatorları şəbəkəsi olan ENTSOG-a istinadən xəbər verir ki, bu müddət ərzində İtaliya Cənub Qaz Dəhlizi (Genişləndirilmiş Cənub Qafqaz Boru Kəməri, TANAP və TAP boru kəmərlər sistemi) vasitəsi ilə Azərbaycan qazının idxalını 1 milyard kubmetrdən çox artıraraq 2,55 milyard kubmetrədək çatdırıb.

Qaz bazarı iştirakçıları Azərbaycan mavi yanacağının İtaliya üçün qiymət baxımından Rusiya qazından daha cəlbedici olduğunu bildirirlər.

0

Your Cart