logo

Azərbaycanla İran arasında neft və qaz sahəsində əməkdaşlığa dair sənəd imzalanacaq

Views: 114

Yaxın həftələrdə İranla Azərbaycan arasında neft, qaz və Xəzərdəki neft-qaz yataqlarının işlənməsi haqqında Anlaşma Memorandumu imzalanacaq. Bunu İranın neft naziri Cavad Övci deyib.

“Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti ilə 21 noyabrdakı görüşdə konstruktiv danışıqlar aparılıb və qonşu ölkələrdən, o cümlədən Türkmənistandan Azərbaycana qaz mübadiləsi (swap) haqqında razılıq əldə olunub”, – deyə “Mehr” agentliyi C.Övciyə istinadən bildirir.

İranlı nazir, həmçinin qeyd edib ki, danışıqlar zamanı Naxçıvan Muxtar Respublikası ilə enerji sahəsində əməkdaşlıqla bağlı razılığa gəlinib.

Onun sözlərinə görə, iki ölkənin ekspertləri Xəzər dənizindəki neft və qaz yataqlarının işlənməsi məsələsini müzakirə ediblər. “Bununla bağlı ilkin danışıqlar aparılıb və ekspertlər sözügedən məsələni müzakirə edirlər”, – deyə C.Övci əlavə edib.

interfax.az

0

Your Cart