Novak: Avropa rəsmi olaraq əlavə qaz tədarükü üçün Rusiya hökumətinə sorğu göndərməyib
Rusiya Baş nazirinin müavini Aleksandr Novak “Rusiya Enerji Həftəsi” zamanı bəyan edib ki, Avropa əlavə qaz tədarükü üçün Rusiya hökumətinə rəsmi olaraq müraciət etməyib.
Novak Avropaya əlavə qaz tədarükü ilə bağlı sualı cavablandırarkən “heç kim, nə Energetika nazirliyinə, nə də hökumətə müraciət etməyib” dedi.
“Rusiya, xüsusən də “Gazprom”, boru kəməri qazının yeganə ixracatçısı olaraq, bu günə qədər bütün müqavilələr üzrə öhdəliklərini tam şəkildə yerinə yetirir və uzunmüddətli müqavilələrdə tərəfdaşlarımızdan qaz həcminin artırılmasına ehtiyac olduğu zaman onların istəkləri həyata keçirilir”, deyə baş nazirin müavini əlavə edib.
“Rusiya Enerji Həftəsi” 13-15 oktyabr tarixlərində Moskvada keçirilir.
Caspian Barrel