logo

Neft Fondu inkişaf etmiş ölkələrə investisiyaları azaldıb

Views: 46

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrə investisiyaları azalıb

AZƏRTAC Neft Fondunun 2020-ci il üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, bu il yanvarın 1-nə fondun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə 59,26 faizi inkişaf etmiş ölkələr, 20,73 faizi inkişaf etməkdə olan ölkələr, 5,85 faizi isə beynəlxalq maliyyə təşkilatları təşkil edib.

Ötən ilin əvvəlində isə ARDNF-in investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə 63,23 faizi inkişaf etmiş ölkələr, 32,04 faizi inkişaf etməkdə olan ölkələr, 4,73 faizi beynəlxalq maliyyə təşkilatları təşkil edirdi.

0

Your Cart