logo

Baş Prokurorluq: Ermənistan silahlı qüvvələri Bakı-Tblisi-Ceyhan neft kəmərini raket atəşinə məruz qoyub

Views: 267

Ermənistan silahlı qüvvələri Bakı-Tblisi-Ceyhan neft kəmərinin bir hissəsinə raket zərbələri endirib. Bu barədə Baş Prokurorluq məlumat verir

“Ermənistan silahlı qüvvələri 6 oktyabr tarixində saat 21:00 radələrində Bakı-Tblisi-Ceyhan neft kəmərini hədəfə almaqla kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirib. Azərbaycan Ordusunun qətiyyətli tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı alınıb”, – məlumatda deyilir.

Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat BTC boru kəməri ilə nəql olunur. Həmçinin, SOCAR şirkətinin nefti nəql olunur. O cümlədən, BTC ilə Türkmənistan, Qazaxıstan və Rusiya neftinin nəqli həyata keçirilir.

BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur.

interfax

0

Your Cart