logo

Azərbaycan birinci yarımillikdə neft ixracını 6% azaldıb, qaz ixracını 11,3% artırıb

Views: 676

2020-ci ilin birinci yarısında Azərbaycan 14 milyon 708,3 min ton neft ixrac edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.

Hesabat dövründə Azərbaycandan ixrac edilən neftin ümumi dəyəri $4 milyard 216 milyon 337,1 min (azalma 42,9%) təşkil edib.

2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan 6 milyard 656,2 milyon kubmetr qaz ixrac edib (artım 11,3%). Hesabat dövründə ixrac edilmiş qazın ümumi dəyəri $1 milyard 457 milyon 533,4 min (artım 21,5%) təşkil edib.

Xəbər verildiyi kimi, 2019-cu ildə Azərbaycan $14 milyard 447 milyon məbləğində 114 min 31 milyon 238 min ton neft, $2 milyard 569 milyon 583,3 min məbləğində qaz ixrac edib.

Hazırda Azərbaycan qazı Gürcüstan və Türkiyəyə ixrac edilir.

interfax

0

Your Cart