logo

SOCAR Rumıniyada 5 YDM icarəyə götürmək niyyətindədir

Views: 186

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyadakı törəməsi “SOCAR Petroleum SA” “IPECO S.A”şirkətinin Qorj ətrafında istismar etdiyi 5 yanacaqdoldurma stansiyasını icarəyə götürməyi planlaşdırır.

“Report” bu ölkənin Antiinhisar orqanına istinadən xəbər verir ki, hazırda qurum müqaviləni nəzərdən keçirir.

Əgər müsbət cavab olarsa, “SOCAR Petroleum SA” bu beş yanacaqdoldurma stansiyasını uzunmüddətli əsasda icarəyə götürəcək.

Qeyd edək ki, 2011-ci ildən etibarən SOCAR Rumıniyada törəmə şirkəti – “SOCAR Petroleum SA”nı təsis etməklə SOCAR brendi altında yanacaqdoldurma məntəqələri vasitəsi ilə Rumıniya ərazisində neft məhsullarının topdan və pərakəndə satışına başlayıb. Rumıniyanın şimalında ilkin olaraq 12 yanacaqdoldurma məntəqəsi ilə bazara daxil olan şirkət hazırda ölkənin dörd bir tərəfini əhatə etməklə 45 YDM şəbəkəsinə malikdir.

Aprel ayında şirkətin Arad, Tmiş və Sibiu ətrafında 6 yanacaqdoldurma məntəqəsini 10 illik icarəyə götürməsi barədə saziş təsdiqlənmişdi.

sonxeber

0

Your Cart